Page 543 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 543
fÿr Alûøarlû

işlәyә bilәk. Bizim mәhsulumuzun keyfiyyәti heç kiminkindәn geri deyil. 543
Sadәcә, satışı qura bilmәmişik.

Maliyyәçimiz razılaşmadı.
– Uzaqdı, – dedi, – gәlib-getmәk, aparıb-gәtirmәk olmur. Әziyyәt
çәkirik.
Seximiz әtlә işlәyәn müәssisә olduğu üçün on il әvvәl rayon memarı
tәrәfindәn qәsәbәnin qırağına atılmışdı. Bu, illәr әrzindә hәlә dә narıncı
boya parıltısını itirmәmiş bir Yuqoslaviya modulu idi: әtrafına metal torlu
çәrçivәlәrdәn çәpәr çәkilmişdi, hәyәtindә cәrgә-cәrgә körpә ağcaqovaqlar
әkilmişdi: yay-qış, üzәrindә qarğa sürülәri qışqırışırdı. Sexin xırda-para әt,
sür-sümük tullantılarına gәlәn qara qarğaların, ümumiyyәtlә, xeyrә gәlәn
quş olmadığını bildiyim üçün mәn onlara baxmağı xoşlamırdım.
Qışda pәncәrә arxasından görünәn ağappaq çöl özünün bomboş,
hәyatsız mәnzәrәsilә adamın canına Sibir genişliklәrinin qarlı vahimәsini
salırdı.
Qumu çoxdan tükәnmiş köhnә, yarğanlı karxanaların yoxuşunda bir
maşın, velosipedçi vә yaxud at arabası görünәndә, istәr-istәmәz sevinirdik,
ancaq bu sevinc Qulyanın çiyinlәrindә dayanmış ağır istehsalat vә mәişәt
qayğılarının yükü altında tәlәyә düşmüş siçan kimi çırpınıb tez dә canını
tapşırırdı.
Hәrdәn bu qarlı çölә baxmaqdan usananda, mәn zәng vurub uzaqlarda
qalmış dostlarla danışırdım: bәzәn әhval öldürәn bu mәnzәrәni onlara izah
elәmәyә çalışırdım. Onlar bunu tәsәvvür elәyә bilmirdilәr.
Bizim sexә su verәn qüllәnin tәpәsindәn daim axan su şırnağını qış
külәklәri әtrafa sәpәlәyә-sәpәlәyә 35 dәrәcәlik şaxtada elә dondururdu ki,
qüllә dәmiryol anbarlarının başı üstündә getdikcә böyüyәn buz dağına
çevrilirdi.
Qış әrzindә o dağı biz bir neçә dәfә balta vә külünglәrlә boruların
qovşağına çatanacan çapmalı olurduq.
Qulyanın işә götürdüyü qızlar özlәrilә gizlicә gәtirdiklәri ucuz spirtdәn
vura-vura növbәnin sonuna keflәnirdilәr.
İşi qurtarandan sonra böyük qab-qazanları, stolları, әt doğrayan, farş-
qarışdıran maşınları, şprisi, divarları şlanqdan axan güclü şırnaqla yuyanda,
onlar qurşaqdan aşağı tamam islanırdılar. Vә elәcә dә, yaş şalvar, corab vә
sairlә qışın şaxtasında rayon mәrkәzinәdәk yarım saatdan artıq piyada yol
gedirdilәr. Bir dәfә mәn qızlarla qәsәbәyәdәk birlikdә gәldim vә onların
әynindә islanmış şalvarların necә donduğunu gördüm.
Petrovnanın fәlsәfәsi mәnә yalançı vә uydurma göründü.
   538   539   540   541   542   543   544   545   546   547   548