Page 541 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 541
fÿr Alûøarlû
sürüşdürüb ala bildiyimiz cır-cındır indi hәr addımbaşı adama “gәl-gәl” 541
deyirdi.
Ölkәdә sanki demokratik inqilab yox, cında inqilabı baş vermişdi.
Biz asta addımlarla Qırmızı meydan tәrәfә gedirdik vә vaxtilә yüz
dәfәlәrlә önündәn keçdiyim bu bәzәkli vitrinlәrin böyük şüşәlәrindә ailәmin
әks olunan şәkli mәnim bu küçәlәrdә qalmış gәnc tәlәbә obrazımı yadıma
salırdı.
İndikindәn fәrqli olaraq, harasa tәlәsәn o gәnc bu şәhәrin iti ahәngilә
tam qaynayıb-qarışır, әtrafdakı başqa adamlardan seçilmirdi.
İndi biz seçilirdik. Әn azı, addımbaşı rastlaşdığımız silahlı rus polislәri,
rәhmәtlik şairin sözü olmasın, bizim milyonlar keçәn bu sәki ilә addım-
lamağımızın fәrqindә idilәr.
Mәnim uşaqlarımın bu şәhәrlә bağlı heç nәyi yox idi: onlar rus dilindә
dә yaxşı danışa bilmirdilәr; yalnız onu bilirdilәr ki, onların atası burada oxu-
yub. Keçmişlә bağlı özgә xatirәlәri onları maraqlandırmırdı. Onların gәnc-
liyin әbәdiliyinә, qocalığın isә maraqsızlığına şübhә etmәyәn vaxtı idi.
Ümumiyyәtlә, Moskva o şәhәrlәrdәndir ki, orada adamı özündәn başqa heç
nә maraqlandırmır. Onların ikisi dә mәn buradan qayıdandan sonra
doğulmuşdu vә bu qayıdışdan, bu doğuluşdan sonra bu şәhәrlә bizim
aramızda olan üç min kilometrlik mәsafә boyu elә hadisәlәr baş vermişdi
ki, onlar nәinki uşaqları, hәtta yaşlı adamları vә bu şәhәr uğrunda faşistlәrlә
vuruşmuş sinәsi medallı qocaları da çaş-baş salmışdı.
Әli birinci sinfә gedәndә Qulya mәnә dedi: “Gәl onu rus mәktәbinә
qoyaq.” Mәn ona “tәklifin gecikmәsi” haqqında çoxdan eşitdiyim gülmәli
bir lәtifә danışdım. Qulya gülmәdi, amma mәnim seçimimlә razılaşmalı
oldu.
Onda mәn әmin idim ki, vaxt gәlәcәk, uşaqlarımız ana dilini gözәl
bilmәklә öz hәyatlarını istәdiklәri kimi qura bilәcәklәr. Bunun üçün mәnim
nәlәr etdiyimi, nәlәrdәn keçdiyimi vә nәlәri qurban verdiyimi Qulyadan
yaxşı kim bilirdi?
Qulya mәnim burada keçirdiyim tәlәbәlik illәrinin hәr gününә bәlәd
idi. Biz telefonda uzun-uzadı danışırdıq, bir-birimizә sovet poçtunun xırdaca
konvertinә sığmayan “dastan” mәktublar yazırdıq, tәtillәri bir yerdә olurduq.
Bu şәhәr vә o günlәr haqqında Qulya çox şeyi bilirdi vә kim bilir, bәlkә,
vaxtilә mәni sevdiyi kimi dә Qulya bu şәhәri sevirdi.
Qulya o vaxtlar da bura bir neçә dәfә gәlmişdi, biz onunla küçәlәri,
parkları, dükan-bazarları әlәk-vәlәk elәmişdik, hәtta mavzoleyә girmәk
üçün bir dәfә növbәyә dә dayanmışdıq.