Page 563 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 563
az ßllÿzoülu
yerdә ölü sükut vardı. Bığlı Kәrәm dinşәyib әtrafa qulaq verәndә tәpәlәrә 563
sarı gedәn tövşüyü eşitdi: oğrular qaçırdı, qeyzә gәldi, patronu çaxmağın
ağzına verib tәtiyi çәkdi. Beşaçılanın lülәsindәn çıxan köz kimi qırmızı
alovlar qaranlığa ox kimi sancılıb yox oldular. Bığlı Kәrәm istәyirdi,
dağlarda olduğu kimi, beşaçılanın әks-sәdasını eşitsin, sәslәr qayalara
çırpılıb üstünә qayıtsın, ona qol-qanad versin, havalansın, amma Arxaşanın
palazqulaq, yastı-yapalaq tәpәlәri güllә sәslәrini udurdu; elә bil boşluqda
qamçı şaqqıldayırdı.
Bu an Bığlı Kәrәm bir dә istәdi ki, qardaşlarını, oğlanlarını sağ-solunda
görә, hayına hay verәn ola, amma hәminki qaranlıq gecә, hәminki zülmәt
gözünә dayanmışdı, öz-özünә:
– Ay nә tәklәndim, – dedi, – müxәnnәt zamana.
Tәpәdәki qaraltıları seçdi, beşaçılanı sinәsinә qaldırdısa da, yenә dә
oğrulara qıymadı; sağdan-soldan atdı, döyüşdәn qalib çıxmış adam tәntәnәsi
ilә:
– Әyә, – deyә bağırdı, – qıraqda yüz özünüzdәn deyәndә bir dә mәnnәn
deyin! Bilin, analar oğullar doğub. Muğannılı Bığlı Kәrәm deyәrlәr mәnә!
Qıymadım, gedin kişi olun!
Qaranlıq o sәslәri dә uddu, cavab gәlmәdi.
Tәpәdә iki papiros gözü vardı. Bığlı Kәrәm bilirdi, oğrular döşdә otu-
rub nәfәslәrini dәrirlәr. Bığlı Kәrәm bir dә onu bildirdi ki, oğrular daha
qayıdıb gәlmәyәcәklәr. Birdәn özünün belә qocalığındanmı, Qaşqanı
tәkbaşına saldırdığındanmı, nәdәnsә ürәyi kövrәldi, yadına yaylaqlarda at
oynadıb ad çıxardığı vaxtlar düşdü, ağır-ağır yığnaqların nәmәri asılardı
onda atının tәrli boynundan.
Bığlı Kәrәmin belә qәm-qüssәyә batıb, yalqızlıq hiss elәmәsi bir dә
sürülәr yaylağa köç elәyәndә olurdu. Onda tәrәkәmә Bığlı Kәrәmin ruhunu
dağlar çәkirdi. Yüklü ulaqlara, alapaça atlara, dağlara sarı üz qoyan köçә
baxa-baxa gözündә Arxaşanın tәpәlәri kövrәlirdi, yazıqlaşırdı. Hәmin günün
axşamı Bığlı Kәrәm başının üstündәn asdığı sazın tozunu silib, bir az
dınqıldadırdı. İndi birdәn-birә oğruların peyda olmasından, dağların-daşların
yadına düşmәsindәn qanı qaynadı, sidqi-ürәklә oğrulara yazığı gәldi, üzü-
nü tәpәyә sarı tutub:
– Әyә, – dedi, – indi bu gecә vaxtı әliboşmu gedәcәksiniz. Enin, bir
yaxşı erkәyim var, kәsәk, öpüşüb-barışıb qardaş olaq.
Tәpәdәn boğuq sәs gәldi, oğru burnunu әli ilә tutmuşdu:
– Sağ ol! Sağ ol! Başın uca olsun!
Sonra tәpәnin döşündәki o papiros közü yox oldu, oğrular tәpәni aşıb
getmişdilәr. Bığlı Kәrәm oğruların haralı olmasını yüz yerә yoza-yoza onu