Page 568 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 568
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
hәyat nöqtәlәrinin diri olduğunu anlamışdıq.
...Dәhlizdәn sәs gәldi. Gәlәn Sәidә idi. İçәri girib tәngnәfәs halda:
– Düşә bilmәdim – dedi, sonra mәnә baxıb, salamsız-kalamsız. –
Bәlkә, maşınla gedim?.. – deyә soruşdu.
– Hara?.. – mәn dedim.
– Tәcili yardıma... – Sәidә dedi, sonra başıyla atasına işarә elәyib, –
görmürsәn yenә nә gündәdi?!. – әlavә elәdi.
Sәidәnin rәngi solğun idi. Burnu qocanın burnu kimi nazilib uzanmış,
gözlәri çökәyә düşmüşdü.
– Guya hәkim gәlib neylәyәcәk, a bala?!. – kirpi-kişi dillәndi. – Tay
üzü o yanadı. Yasini dә bilirәm. Qorxub elәmә. Heç hara da gedәsi döyülәm.
Bu bәdbәxtin mәndәn savayı, kimi var ki?.. Ata-anasının bircә oğluydu.
Anası o, tifil ikәn dünyasını dәyişdi. Çayda boğuldu. Ögey ananın umuduna
568 böyüdü yazıq. Bir әmioğlusu mәnәm, mәn dә gәlmişәm. Onu torpağa
tapşırıb dönәcәyәm.
Kişinin bu sözündәn otağın döşәmәsi titrәdi. Yoxsa bu, bizә belә
gәldi?!.
Döşәmәni bayaqdan bәri yerinin içinә heykәl donuqluğuyla
pәrçimlәnmiş qocadan qopan tәkanabәnzәr nәriltinin titrәtdiyini Sәidәylә
mәn bir qәdәr sonra – qoca, tәpdiyi nәriltidәn tutulan boğazını, xarab
mühәrriki işә salantәk, heysiz lәngliklә xırıldada-xırıldada arıtlayanda başa
düşdük…
Qocanın nәriltisindәn sonra әmioğlunun üzündәki fәrәh, nәhayәt ki,
itdi.
– Görmәli günlәrimiz qabaqdaymış – Sәidә gözü atasında, boğuq sәslә
böyrümdәn pıçıldadı.
Qocanın, indicә onun ölümü ilә bağlı gedәn söhbәtlәri eşitdiyini,
deyәsәn, o da başa düşmüşdü.
Әmioğlu ayağa qalxıb çarpayıya yaxınlaşdı, cibindәn, deyәsәn, özüylә
kәnddәn gәtirdiyi güzgü qırığını çıxarıb qocanın ağzına tutdu, sәthini
yoxlayıb pencәyinin qoluna sildi, yenidәn cibinә basıb:
– Lap az qalıb, – dedi vә yerinә әylәşib qollarını qoltuğuna vurdu.
Sәidә qocaya yaxın getmәdi, yanımda әylәşib qorxudan bәrәlә qalmış
gözlәrini atasına zillәdi. Son günlәr onun dәhşәtli qorxu hissi keçirdiyini,
rәngi avazımış üzünün çaşqın ifadәlәrindәn, irilib ağara qalan gözlәrinin
çevik, anlaqsız hәrәkәtlәrindәn, bir dә sәsinin içiylә ötüşәn zәif
titrәyişlәrdәn anlamaq olurdu.
Sәidәnin gözlәri hәlә ötәn hәftәdәn – qoca huşu özündә ikәn, balışına
söykәnib yarıoturaq vәziyyәtdә qurtum-qurtum çay içdiyi yerdә mәnim qәfil