Page 570 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 570
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Xәdicә xaladan sonra mәn, bir vaxtlar pәncәrәlәri dörd bir yandan açıq
olan havalı evimizin qonaq otağında, yatağının içindә suda çabalayantәk,
boğula-boğula çabalayan, çabalaya-çabalaya arxa tәrәfimdә, yan-yörәmdә
gördüyü görünmәz doğmalarına mehriban-mehriban әl elәyәn xalamın
canvermә mәrasimini xatırladım...
O günlәr xalamı, onun sevinә-sevinә әl elәdiyi әn yaxın adamları
boğub öldürdülәr… Mәn xalamın mәmnun bir rahatlıqla pәnah apardığı
yaxınlarının getdikcә ona yaxınlaşdığını, başının üstünü alıb üzünә lap
yaxından baxdığını necәsә, dәqiq hiss elәmişdim… Xalamın son nәfәs-
lәrindә dәhşәtdәn bәrәlә qalmış gözlәrlә kimlәrlәsә üz-üzә, gözә-gözә
qaldığını, canını mәhrәm bir arxayınlıqla әtrafına yığışmış bu adamlara
tәslim etdiyini öz gözlәrimlә görmüşdüm…
***
570 – O, sәnin yazına görә bu kökә düşdü. – Sәidә bir qәdәrdәn sonra,
ikilikdә mәtbәxdә oturub şam yemәyinә düyü arıtlayanda dedi.
Mәn günahkar kimi çiyinlәrimi çәkdim:
– Burda nә var axı?..
Qocanın keçmişlәrdә – yüksәk vәzifә tutduğu repressiya illәrindә baş
verәn nәlәrdәnsә – olsun ki, heç kimin, hәtta Xәdicә xalanın belә bilmәdiyi
hansısa bağışlanmaz günahlarından, bircә özünә mәlum olan cinayәt havalı
namәlum sirlәrdәn ölümcül dәrәcәdә qorxması, açıla bilәcәk hansısa
mәxfiliklәrin izlәrini, az qala, öz ölümü ilә ört-basdır etmәk sәylәri,
yazdığım romanın, düşündüyümdәn daha ciddi vә gizli mәtlәblәrә
toxunacağından xәbәr verirdi... Ağır müharibә illәrindә tәhsilini başa vurub
birbaş kәndә yollanan, orda öz tәlәbә tәcrübәsi ilә ucqar, yoxsul kәndin
böyük bir kolxozuna sәdrlik edәn, sonradan rayonun icra başçısı işlәyәn bu
adamın hәmin dövrlәr at belindә kәndlәrin daş-kәsәk yollarıyla gәzә-gәzә
buğda bölümünә nәzarәt etmәsi, ön cәbhәdәn yayınan fәrarilәri tapdığı
yerdә güllәlәmәsi, yaxud hәrbi komissarlığa tәhvil vermәsi, әsgәr ailәlәrinә,
xüsusәn göyçәk, dul qadınlara “xüsusi qayğı” göstәrmәsi barәdә mәn hәlә
lap uşaqlıq illәrindә Xәdicә xalanın dilindәn eşitmişdim. Hәlә onda, sözü
üzә şax deyәn bu saya qadının da әrinin keçmişi ilә bağlı söhbәtlәrindә
hansısa mәqamların üstündәn – qorxunc, dibsiz uçurumların üzәrindәn
ötüşәntәk, qәribә ehtiyatla ötüşdüyünü, nәlәrinsә böyründәn, kәnarından
ustalıqla sivişdiyini duyduğumdan, bu qocaya olan marağım birә-beş
artmışdı.
...Biz düyünü asıb otağa qayıdanda әmioğlu çarpayının ayaq tәrәfindә
oturmuşdu, әllәrini kitab oxuyurmuş kimi sinәsindә cütlәyib, ağzının içindә,
deyәsәn, Yasin oxuyurdu.