Page 23 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 23
maéûl áÿy Qutqàøûnlû

Bilmirәm, ifadәmin nöqsanlı olmasındanmı, yoxsa bu yazdığım dilә 23
kafi dәrәcәdә aşina olmadığımdanmı, nәhayәt, öz qәhrәmanlarımla şiddәtlә
maraqlandığımdanmı, Sәadәtin bu sözlәrinin Rәşid bәyә olan tәsirini tәrif
etmәkdә acizәm.

Rәşid bәyin ağzından çıxan sevinc qışqırığı Sәadәtin diqqәtini ona cәlb
etdi. Sәadәt gecәnin bu vaxtında onun gәlmәyindәn diksinib hәyәcanından
bir söz söylәyә bilmәyәrәk mat qaldı.

Rәşid bәy bir müddәt danışa bilmәyib, nәhayәt, özünü topladı vә
Sәadәtә müraciәt etdi:

– Ey mәnim ruhum! Ey mәnim Sәadәtim, – dedi, – artıq vaxt yetişdi,
bu saat ya verdiyin vәdә әmәl etmәlisәn, ya mәnimlә әbәdilik ayrılığı qәbul
etmәlisәn. Aman, yalvarıram sәnә, gün doğmamış gedәk! Әgәr mәnim bu
tәklifimi rәdd etsәn, hәyatın mәnim gözümdә bir qiymәti qalmaz, mәn sәnin
gözünün qabağında bu xәncәri ürәyimә sancaram vә sәnin ayaqlarını öz
qanımla boyaram.

Sәadәt bu sözlәri eşitdikdә vә sevgilisinin sinәsinә dirәnmiş olan
xәncәri gördükdә “Gedәk!” – deyә bağıraraq huşsuz düşdü. Bir dәqiqә itir-
mәdәn Rәşid onu qucağına götürüb yola düşdü. Vәfalı dayә ona bәlәdçilik
edәrәk, kiçik bir qapını açıb onu küçәyә çıxartdı. Rәşid bәy qapıdan çıxan
kimi atının üstünә sıçrayaraq sevgilisini dә qucağına basıb, Şamah ilә
vidalaşdı vә onunla görüşmәyi vәd etdi. Sonra ata bir mahmız vurdu,
yorulmaz, vәfalı Әziz dә dalınca, şәhәrdәn uzaqlaşmağa üz qoydu.

***
Möhtәrәm ağalar! Siz bu hekayәni oxuduqda Sәadәtin tәrifini uzaqdan
eşitmәklә Rәşid bәyin bütün dünyanı tәrk etmәyә hazır olmasını, özünü
bağban vә dilәnçi surәtinә salmasını vә nәhayәt, ikinci dәfә görüşdükdә onu
qaçırmasını gördünüz. Mәn әminәm ki, siz bu hekayәni uydurma vә imkan-
dan xaric bir şey zәnn edәcәksiniz.
Yox, ağalar! Siz ki bütün hәyatınızı qadınlar mәclisindә keçirirsiniz,
onların zәrif sәslәrini, lәtif söhbәtlәrini dinlәyirsiniz. Şәrq ölkәlәrindә bir
qadının ancaq bir baxışının, hәtta ancaq qadın adının cavan oğlanlara nә
dәrәcәdә tәsir etdiyini bilmirsiniz. Bu cavanlar üçün qadınların sәsindә nә
qәdәr lәtafәt olduğunu vә onların dodaqlarından qopan ilk sevgi kәlmәsinin
cavanların bütün hissiyyatını nә dәrәcәdә qaplamasını tәsәvvürünüzә gәtirә
bilmәzsiniz! Bu halları anlamaq vә hiss etmәk üçün bu ölkәlәrdә doğulmaq
vә ya bir neçә il bu ölkәlәrdә hәyat sürmәk lazımdır.
Bu hekayәni oxumağa etina edәn lütfkar xanımlar! Әgәr siz gәnc
Sәadәtin ata-anasının әmrindәn boyun qaçırıb bir zәngin vә nәcib xana әrә
getmәyi rәdd etdiyinә vә Rәşid bәyin uzaqdan tәrifini eşidib, özünü dә
   18   19   20   21   22   23   24   25   26   27   28