Page 24 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 24
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

yalnız bir dәfә görmәklә ona qoşulub qaçmasına tәәccüblәnirsinizsә, o
zaman, xanımlar, mәn cürәtlә söylәyә bilәrәm ki, siz Şәrq alәmindәn
bixәbәrsiniz. Sizә xoş görünmәyә var qüvvәsilә çalışan dәstә-dәstә gәnclәr
daim sizin әtrafınızı bürümәkdәdirlәr. Onlar sizin külәk vurmuş rübәnd-
lәriniz kimi әtrafınızda qalxıb-düşürlәr, mәclislәrdә sizә pәrәstiş edәnlәrdәn
başqa, kimsәni görmürsünüz.Müsamirәlәrdә şәninizә minlәrlә mәdhlәr
söylәyirlәr. Şәrq qadını isә öz ata vә qardaşlanndan başqa, heç kәsi görmür.
Әlbәttә, belә bir şәraitdә yaşayan qadının bu qәdәr asanlıqla atәşli bir
sevgiyә düşmәsi sizin tәsәvvürünüzә sığmaz. Ah! Әgәr siz bu qadınların
yerindә olsaydınız, onlar kimi daim dörd divar arasında, pәrdә altında
yaşasaydınız, o zaman Sәadәtin bizim qәhrәmana qoşulub qaçmasını,
ümidvaram ki, bağışlar vә bu hekayәnin dalını lütf ilә oxuyardınız.

***
24 Şәhәrdәn çıxdıqda Rәşid bәy üçüncü bir atı haradan tapacağını düşü-

nәrkәn birdәn qulağına bir at tappıltısı gәldi.
Rәşid bәy tez atdan sıçrayıb düşdü, tüfәngini әlinә alıb tappıltı gәlәn

tәrәfә yönәldi. Bir atlının gәldiyini gördülәr. Rәşid bәy tüfәngin lülәsini
onun sinәsinә dayayıb qışqırdı:

– Sal silahını, burax atını, yoxsa bu dәqiqә sәni ayağımın altına döşә-
rәm!

Atlı onun әmrlәrini tez yerinә yetirdi. Rәşid bәy onun atını alıb içindә
otuz qızılı olan öz kisәsini ona bağışladı.

Atlı yalvardı ki, onun bütün silahlarını alsın, lakin atına dәymәsin,
çünki Kazım xan onu mühüm bir işdәn ötrü şәhәrә göndәrmişdir.

Rәşid Kazım xan adını eşitcәk, qasidi tutub bir ağaca sarıdı vә ondan
şәhәrә nә üçün göndәrilmәsini soruşdu.

Qasid dedi ki, Kazım xan Rәşid bәyin Sәadәt xanımı istәdiyini vә ha-
zırda Qәbәlә şәhәrindә olduğunu öz qardaşına xәbәr vermәk üçün mәni
göndәrmişdir.

Rәşid bәy özünü ona tanıdıb, sıçrayaraq atına mindi vә öz yoldaşı ilә
bәrabәr qalın meşәli bir dağa tәrәf getmәyә üz qoydu. Onlar meşәyә yeni
girmişdilәr ki, birdәn-birә hava dәyişildi, göydә gurultu-nәrilti qopdu, yağış
şırhaşır tökülmәyә başladı. Şimşәklәr çaxır, ildırımlar şaqqıldayırdı. Guya
bütün tәbiәt Sәadәtin huşsuzluqdan ayılması üçün vә Rәşid bәyin yol
çәtinliklәrini artırmaq üçün toplanmışdı. Rәşid bәy yerli әhaliyә özünü
göstәrmәmәk üçün meşәnin qalın yerinә çәkilmәyә tәlәsirdi. Bir az get-
dikdәn sonra yolu itirdi vә meşәnin içәrisindә azdı. Sәadәt artıq ayılmışdı.
Rәşid bәy ondan üzr istәyәrәk:
   19   20   21   22   23   24   25   26   27   28   29