Page 25 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 25
maéûl áÿy Qutqàøûnlû

– Ey ruhum, – dedi, – mәnim yolumda çәkdiyin bütün zәhmәtlәri, bü- 25
tün ürәk sıxıntılarını, etdiyin bütün fәdakarlıqları gözәlcә düşünürәm vә
dәrindәn hiss edirәm. Mәn sәni ailә qucağından, ana nәvazişindәn ayıraraq
gecәnin bu vaxtında belә bir pis havada, bu vәhşi yerlәrә gәtirdim. Bu uzun
yollarda sәni yordum. Bu qәdәr xәcalәt içәrisindә yalnız bir şeylә tәsәlli
tapıram ki, o da sәninlә bir yerdә olmağımdır, sәnin mәni sevdiyinә әmin
olmağımdır vә sәnin mәni bağışlayacağına ümid etmәyimdir, çünki bütün
bu işlәri sәndәn ayrılmamaq mәqsәdilә etdim. Mәn bu vәhşi yerlәrin әhli
olmaq, bu yağış kimi çöllәri göz yaşımla suvarmaq, külәyin şiddәtindәn
ağaclardan qopub dağa, daşa, qayaya toxunan bu yarpaqlar kimi dağlarda,
meşәlәrdә sәrgәrdan gәzmәk istәmәdim.

– Ah, әzizim Rәşid! – deyә Sәadәt onun sözünü kәsdi. – Ata-anamın
adını çәkmә, çünki onların adı çәkilәndә o qәdәr mәyus oluram ki, huşum
başımdan çıxır. Sıxıntı vә zәhmәt mәsәlәsinә gәldikdә, sәn heç fikirlәşmә!
Bilsәn, bu zәhmәtlәr mәnә nә qәdәr xoşdur! Sәnin vücudun bütun bu
çәtinliklәri nәinki unutdurur, hәtta bu qorxulu yerlәrdә mәnә cәsarәt verir.

Hәr ikisi bir-birinә olan dәrin mәhәbbәtlәrindәn danışaraq yolu
büsbütün azdılar. Nәhayәt, sәhәr açılanda onlar özlәrini bir qayanın altında
dәrin bir dәrәnin dibindә gördülәr. Oradan çıxılacaq yol görünmürdü. Hәr
iki sevgili ağaclar, kollar arasında dolaşaraq yorğun düşmüşdü, paltarları
yağışdan tamamilә islanmışdı. Ona görә atdan enib qayanın böyük
daşlarının altına pәnah gәtirmәyi qәt etdilәr ki, od qalayıb paltarlarını
qurutsunlar vә günәşin çıxmasını gözlәsinlәr, çünki günәş çıxanda dağlarda
bәzәn hava dәyişir.

Onlar yenicә daldalanmışdılar ki, şiddәtli bir külәk qopub bütün
dumanları, buludları qovdu. Bunu görәn Rәşid bәy qarşısındakı bütün
çәtinliklәrin aradan qaldırılacağını düşündü. Göy tәmizlәndi, hava açıldı,
günәş sanki paltarları vә Sәadәtin göz yaşlarını qurutmaq üçün parladı.
Rәşid havanın dәyişmәsindәn çox şad olub harada olduqlarını düşünmәklә
vә bir yol izi axtarmaqla mәşğul oldu. Bu mәqsәdlә bir tәpәnin üstünә çıxdı.
Orada gözünә bir ceyran sataşdı, vurmaq istәdi, birdәn bir güllә sәsi eşitdi,
ceyran yıxıldı, bir ovçu ağacın dalından çıxıb ceyrana tәrәf yüyürdü. Rәşid
yol sorağı üçün ona yaxınlaşdı. Böyük bir sevinclә Rәşid Tikanlı kәndinin
kәndxudası Mәrdanı tanıdı! Mәrdan da bir vaxt onu quldurların әlindәn xilas
edәn Rәşid bәyi tanıdı. Yüyürüb onun әllәrini duz kimi yaladı vә onun hәr
bir xidmәtinә can-başla hazır olduğunu söylәdi.

Rәşid onun bu qәdәr qәdirbilәnliyindәn mütәәssir olub, ona bu yerә
gәlmәsinin sәbәbini vә başına gәlәn sәrgüzәşti nağıl etdi. Sonra Sәadәtә bir
neçә gün dincәlib istirahәt vermәk üçün kәnar yerdә xәlvәt ev tapmaq
istәdiyini söylәdi. Bu sözlәri eşitcәk, Mәrdan tez öz evini ona tәklif etdi.
   20   21   22   23   24   25   26   27   28   29   30