Page 26 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 26
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Rәşid ona min tәşәkkür edib, Sәadәtә vә Әzizә xәbәr verdi. Onlar atlarına

minib Mәrdanın kәndinә yola düşdülәr. Mәrdan da qabaqda gedib bәlәdçilik

edirdi. Günәş batdıqdan sonra onlar kәndә daxil olub Mәrdanın evinә

yetişdilәr. Vәfalı Mәrdan elә bir ehtiyat göstәrdi ki, kәnddә heç kәs bu әziz

qonaqların gәlmәsini bilmәdi. Arvadı canla-başla qonaqlara xidmәt edirdi.

Әziz atları yaxşıca rahatladı vә onları gәldiklәrindәn dә uzun bir sәfәrә

hazırladı. Rәşid bir neçә saat istirahәt etdikdәn sonra Sәadәtin yanına gәlib

ikigünlüyә evә getmәk niyyәtindә olduğunu xәbәr verdi. Evә getmәkdә

mәqsәdi, atasından icazә alıb Sәadәti onun evinә gәtirmәk olduğunu söylәdi.

Bu sözlәrdәn sonra Rәşid Sәadәti qucaqlayıb, üzünü atәşli busәlәrlә öpdü

vә vidalaşıb öz evinә tәrәf yola düşdü.

İndi mәn diqqәtinizi bir az da Qәbәlә şәhәrinә cәlb etmәliyәm.

Şamah Sәadәtin qoşulub qaçmasına kömәk etdikdәn sonra, ağalarının

gözünә görünmәkdәn qorxub, xәlvәti şәhәrdәn çıxdı vә ailәsi yaşayan

26 Tikanlı kәndinә getdi. Sübh tezdәn Tutu xanım Sәadәtin vә dayәsinin evdә
olmadıqlarından tәşvişә düşüb, şәhәrdә yaşayan bütün qohumlarına adam

göndәrdi ki, bәlkә, Sәadәt onların evinә getmiş ola. Sәadәti heç bir yerdә

tapa bilmәdilәr. Tutu xanımın bütün tәşәbbüslәri nәticәsiz qaldıqda qorxusu

daha da artdı.

Rәşid bәyin gecә ağaca bağladığı şәxs günorta Tutu xanıma qızının

igid Rәşid bәylә qaçdığını xәbәr verdi. Tutu xanım bu әhvalatdan mәyus

olsa da, bir az tәskinlik tapdı, çünki Rәşid bәyin tәrifini o, hәr yerdә

eşitmişdi vә bilirdi ki, qızı onunla xoşbәxt yaşaya bilәr.

Әsgәr ağanın әmisinә gәldikdә, o, işin müvәffәqiyyәtsizliyini görüb,

hiddәtindәn partlamaq dәrәcәsinә gәldi vә Rәşid bәyin onun saqqalına

gülmәsinә yol vermәyәcәyinә and içdi. Atlılarını bir neçә hissәyә bölüb

Rәşid bәyin dalınca göndәrdi vә harada tapsalar, onu tutub gәtirmәlәrini

әmr etdi. Atlılar çox axtarışdan sonra gecә heç bir müvәffәqiyyәt әldә

etmәyәrәk geri döndülәr. Sәhәri gün onların ağası ürәyi kin vә kәdәr dolu

ikәn öz dәstәsilә şәhәrdәn çıxıb, axşama qәdәr yol gedib Әrәşә yetişdi vә

bütün әhvalatı qardaşı Kazım xana xәbәr verdi. Kazım xan isә hәmin saat

bütün qoşunun toplanmasını әmr etdi.

Ertәsi gün sübh tezdәn Kazım xan öz qoşunu ilә bәrabәr İsmayıl bәyin

mülk vә mahalının sәrhәdinә yeridi. Hәmin sәrhәddә Rәşid çoxdan bәri öz

müttәfiqlәrindәn yardım qüvvәsi gözlәyirdi. Atası onu bağışlamışdı vә

düşmәnә qarşı göndәrdiyi әsgәri qüvvәnin sәrkәrdәliyini dә ona tapşırmışdı.

Hәr iki düşmәnin mәmlәkәtindә müharibә hazırlığı gedirdi.

Rәşid bәy qoşunun bir hissәsilә Kazım xana yaxın yerdә gözәl bir

sәngәr tutmuşdu. Bir neçә güllә mәnzili qabaqda atlılarından bir neçәsini

uca ağaclara çıxararaq gözәtçi qoyduqdan sonra qoşununa meşәnin bir qalın

yerindә kölgәlәnmәyi әmr etdi. Rәşid bәy özü oturdu, әsgәrlәri dә onun әt-
   21   22   23   24   25   26   27   28   29   30   31