Page 22 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 22
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Bu hekayә Rәşid bәyi çox hәyәcana gәtirdi. Onun bütün bәdәni

hiddәtindәn titrәdi, qara qaşları çatıldı, gözlәrindәn od parladı, әsәbi bir

hәrәkәtlә bığını bura-bura sükut edib xәyala daldı.
Gecәnin qaranlığı şәhәri bürümәyә başlarkәn, Rәşid bәy atının belinә

sıçrayıb, Әzizә dalınca gәlmәsini әmr etdi vә Sәadәtin evinә tәrәf çapdı.
Onun sәbirsizliyi o dәrәcә idi ki, getdikcә yolun uzandığını zәnn edirdi.

Gecә, möminlәrin qәlbi kimi sakit, xainlәrin vә canilәrin könlü kimi
qaranlıq vә xәyanәtkar idi.

Әgәr bü iki yolçunun nәfәs alması vә atlarının tappıltısı hәrdәnbir
eşidilmәsәydi, onların varlığına belә şübhәlәnmәk olardı. Rәşid bәy bir
kәlmә dә olsa danışmırdı.

O, Sәadәtin evinә girmәyә bir yol axtardısa da, heç bir çarә tapmadı.
Sәadәtin evinin hәr tәrәfi hasar vә qapı darvazalarının, xüsusәn gecәlәr
qıfıllı olmasını o, indi xatırladı.
22 Kimsәyә görünmәk istәmәdiyi üçün camaat girәn küçә qapısından
girmәyi heç fikrinә belә gәtirmirdi, әksinә, gәl-get olmayan bir yerdәn yol
axtarırdı. Nәhayәt, gecәyarısından bir saat keçmiş o, evin dal tәrәfinә keçdi.
Burada Rәşid bәy atından enib, atı Әzizә tapşırdı vә onu gözlәmәsini әmr
etdi, özü isә bir yol tapmaq üçün ora-bura boylanmağa başladı. Yol tapmayıb
tәkrar Әzizin yanına qayıtdı.

– Әzizim, gәl mәnә kömәk et, – dedi. – Ümidsizlikdәn başımı itirmi-
şәm, yolda çәkdiyim planı yaddan çıxartmışam. Bu mәlun hasar, mollaların
bizә hәr gün söylәdiyi sirat körpüsündәn dә betәr maneә oldu. Mәn isә indi
bu hasarın qabağında çarәsiz vә avara dayanmışam! Mәn öz cәnnәtimә girә
bilmirәm, pәrәstiş etdiyim mәlәyimә çata bilmirәm! Ah... Nә olaydı ki, bu
hasarın qabağında mәnim axır nәfәsim çataydı, bu ağacların dibindә mәnim
hәyatım bitәydi! Kim bilir neçә dәfә Sәadәtin mehriban nәzәri bu ağaclara
düşmüşdür. Onun mәstedici sәsini eşitmәk üçün neçә dәfә bütün tәbiәt
müğәnnilәri buraya toplanmışdır?

Әziz, ağasının halından çox mütәәssir olub atları hasarın yanına sürdü
vә ağasına atın birinin üzәrinә qalxmasını işarә etdi. Bu surәtdә Rәşid bәy
atın belindә ayaq üstә durub әlini divarın başına yetirdi. Hasarın üstünә çıxıb
asanlıqla sürüşüb hәyәtә düşdü vә tez Sәadәtin pәncәrәsinә tәrәf yüyürdü.

Pәncәrәdәn zәif bir işıq gәlirdi. Sәadәt pәncәrәnin yanında Şamah ilә
söhbәtә mәşğul idi. “Mәnim gәlәcәk taleyim, bu söhbәtdәdir. Bu söhbәt
mәni ya çıxılmaz bir bәlaya vә ya böyük bir sәadәtә sövq edәcәkdir” – deyә
Rәşid bәy diqqәtlә söhbәtә qulaq asmağa başladı. Sәadәt dayәsinә deyirdi:

– Ah! Әziz dostum, nә yaman günlәrә qaldım. Mәnim başımda nә
bәlalar varmış? Nә çıxılmaz bir çәtinliyә düşdüm. Mәn sabah Әsgәr ağanın
elçilәri gәtirdiyi cehiz vә nişanları qәbul edib, onun әmisinә qoşulub
getmәyә mәcburam! Xeyr! Rәşid bәyә vәfasızlıq göstәrmәkdәnsә, ona
verdiyim sözdәn dönmәkdәnsә, mәn ölmәyә razıyam!
   17   18   19   20   21   22   23   24   25   26   27