Page 17 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 17
maéûl áÿy Qutqàøûnlû

etdi. – Әgәr sizin cәsur bir dilavәrә ehtiyacınız varsa, o zaman bütün zaval- 17
lılar yavәri Rәşid bәyә müraciәt etmәnizi sizә tövsiyә edirәm, onun lәyaqәt
vә cәsarәtinә heç bir şey çatmaz, mәn onu dünәn özüm gördüm...

Sözünün bu yerindә Sәadәtin sәsi qırıldı, o, Rәşid bәyin mәdhinә
davam edә bilmәdi. Bu sözlәrdәn sonra Rәşid bәy Sәadәtin ona qarşı bәs-
lәdiyi mәhәbbәti duymazdımı? Onun alovlar saçan gözlәrindә zәrif, lütfkar
vә atәşli bir hissin macәrasını oxumazdımı? Artıq o, dilәnçi әbası altında
qoca saqqalı ilә üzünü gizlәdә bilәrdimi? Yox, bu olan şey deyil! O, özünün
qondarma paltarını vә saqqalını bir tәrәfә ataraq, qızın ayaqlarına döşәnib
sevgilisinә müraciәtlә:

– Sizin bәhs etdiyiniz xoşbәxt Rәşid mәnәm. Sizi görmәk vә dinlәmәk
mәqsәdilә paltarımı dәyişib bağınızın qonşuluğunda aylarla bağbanlıq edәn
mәnәm. “Ah” vә nalәni bir cadugәr tәranәsi sayaraq sizi o sәfalı bağçanızın
seyrlәrindәn vә özümü sizi görmәk sәadәtindәn mәhrum edәn dә mәnәm.
Nәhayәt, sizi candan artıq sevәn vә sizә pәrәstiş edәn mәnәm. Mәnim
xoşbәxtliyim vә taleyim sizin әlinizdәdir. Mәn yalnız sizin bağda itirdiyiniz
üzüyә sahib olduğum üçün yaşayıram. Ah, Sәadәt! Mәnim eşqimi rәdd
etmәyin, mәnә nifrәt etmәyin, mәndәn etinanızı әsirgәmәyin, mәni sevin!
Bu üzüyü dә mәndәn ayırmayın. Siz onu mәnim әlimdәn alsanız, o zaman
mәnim әllәrim rәqibim Әsgәr ağanın qanına boyanacaqdır. O halda, Kazım
xan oğlunun intiqamını almaq üçün bütün qoşununu atamın kiçik mәmlә-
kәtinә yeridәcәk. Atam isә mәnim sizә bәslәdiyim eşqin yolunda öz
mülkünü, mәni vә bütün yavәrlәrini itirәcәkdir. İndi, Sәadәt, mәnә bir cavab
verin, taleyimin müqәddәratını hәll edin.

Sәadәtin hәyәcanı bir dәrәcәyә yetişdi ki, yalnız: – Rәşid bәy, mәn sәni
çoxdan sevirәm, – deyә onun qucağına atıldı.

Bu qәdәr kifayәt idi.
Rәşid ona yalvarmağa başladı, bir uzaq vә sakit mәmlәkәtә çәkilib,
ata-anadan icazәsiz evlәnmәyi ona tәklif etdi. Sәadәt elә bil birgünlük ay
kimi cavan idi. Çovğuna düşmüş gül yarpağı kimi әsirdi. Nәhayәt, titrәk
sәslә Rәşidә dedi:
– Mәn sәni sevirәm, sәninlә hәr yerә getmәyә hazıram, üzüyüm dә qal-
sın sәndә, lakin namusumu lәkәlәndirmәmәk üçün Allaha and verirәm, tez
buradan çıx get, şәhәrdә qal vә mәndәn xәbәr gözlә.
Rәşid nişanlısının әlini öz sinәsi üzәrindә ovuşduraraq onun gözәl
saçlarından bir hәlqә kәsib barmağına sarıdı vә Şamahın bәlәdçiliyilә
otaqdan çıxdı.
Şamah geri döndükdә Sәadәtә dedi:
– İndi siz ata-ananızın razılığı olmadan, onların xeyir-duasını gözlә-
mәdәn, namәlum bir şәxsә könül verdiniz. İndi söylәyin görüm, ananızın
söz verdiyi o oğlana biz nә kimi üzr gәtirәcәyik?
   12   13   14   15   16   17   18   19   20   21   22