Page 15 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 15
maéûl áÿy Qutqàøûnlû

Nәhayәt, Rәşid bәy evlәrinә yetişdi. Atası onu bağrına basıb öpdü vә 15
qәmginliyinin sәbәbini soruşdu. O zaman vәfalı Әziz ta evdәn çıxandan bu
günә qәdәr oğlunun başına gәlәn әhvalatı bәyә danışdı. Әziz, Rәşid bәyin
mәhәbbәt dәrdinә düçar olmasını vә Sәadәt xanımı almaq istәdiyini ona xә-
bәr verdi.

Mehriban ata onlara tәsәlli verib, tez Qәbәlә şәhәrinә elçilәr göndәrdi.
Elçilәr rәdd cavabı gәtirdilәr. Sәadәtin anası öz qızını o yerin varlı bir xanına
vermәk niyyәtindә imiş.

Bu xәbәrin Rәşid bәydә vә onun atasında doğurduğu kәdәri tәsvir
etmәk mümkün deyildir. Tutu xanımın sәrvәti vә rütbәni Rәşid bәyin alicә-
nablığına tәrcih etmәsini Rәşid bәyin atası özü üçün böyük bir tәhqir saydı
vә oğluna bir daha o qızın adını çәkmәsini qәti qadağan etdi. Lakin Rәşiddә
eşqin hücumuna müqavimәt göstәrmәk gücü qalmadığından, gizlincә Qәbә-
lәyә qayıtdı.

Sәadәt xanım yoxsul vә dilәnçilәrin pәnahı idi. O, yoxsullara çoxlu
ehsan verәrdi. Sәadәt xanımın yanına dilәnçilәrdәn başqa, kimsәnin yolu
yox idi. Ona görә Rәşid bәy Sәadәt xanımın yanına bir yol tapıb eşqini ona
bildirmәk üçün dilәnçi paltarı geyinmәyi qәt etdi. Vәfalı Әziz dә paltarını
dәyişib dilәnçi paltarı geydi. Hәr ikisi ağ, uzun saqqal qoyub Sәadәtin evinә
gәldilәr. Sәdәqә almaq üçün onları Sәadәtin yanına gәtirdilәr.

Rәşid evә daxil olub sevgilisini görcәk, bütün vücudu titrәdi vә ondan
sәdәqә dilәmәk әvәzinә, camaatın içindә onunla sevgisindәn danışmaq
istәdi, lakin bir söz belә söylәmәyә qüdrәti olmadı; әl-ayağı qurudu, dizlәri
titrәdi, bihuş bir halda Sәadәtin qabağında yerә yıxıldı.

Sәadәtin qışqırığına Şamah vә başqa qadınlar gәldi. Әziz, yoldaşının
xәstә vә zәif olmasını bәhanә edib tez onu yerdәn qaldırdı vә otaqdan çı-
xartdı.

Bir neçә gün sonra şәhәrdә bir bayram büsatı quruldu. Bu bayramda
cavanlar tüfәng, tapança, ox atmaq vә qılınc oynatmaq mәharәtlәrini gös-
tәrmәli idilәr. Mәşq üçün hazırlanmış meydan bayram paltarı geyinib gözәl
atlar minmiş cavanlar ilә dolmuşdu. Meydanın bir tәrәfindә qoca kişilәr, o
biri tәrәfindә isә üzlәri ağ rübәndli qadınlar oturmuşdular. Sәadәt dә onların
içәrisindә idi. Bu zaman Rәşid bәy dә bir atın belindә meydana daxil oldu.
Onun qızıl yәhәr vә üzәngisinin, әlvan paltarının parıltısı günәşin işığına
üstün gәlirdi.

Rәşid bәyi camaat böyük bir ehtiramla salamlayır vә belә oyunlarda
mәharәtli olduğu üçün oyunu başlamağı ondan rica edirdilәr. Rәşid bәy bir
neçә igidlik göstәrdikdәn sonra keçib qadınlar tәrәfdә atını saxladı. Onun
igidliyinin vә gözәlliyinin tәrifini eşitmiş Sәadәt bu dәfә onun boyunu vә
   10   11   12   13   14   15   16   17   18   19   20