Page 13 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 13
maéûl áÿy Qutqàøûnlû

qәrara gәlirәm ki, mәnә mәni ürәkdәn sevәn bir hәyat yoldaşı lazımdır. Elә 13
yoldaş ki, Mәrdanın arvadı kimi, yorğun vә tәhlükәli zamanlarda mәnә tә-
sәlli versin.

– Bәli, bu fikir çoxdan mәnim başımda dolaşır, – deyә Әziz cavab
verdi.– Sizin gözәl bir әmiqızınız var ki, uşaqlıqdan ata-anası tәrәfindәn
sizin deyikliniz olduğunu söylәyirlәr vә deyirlәr ki, ata-anasının arzusunu
yerinә yetirmәk üçün o qız bir neçә nucәbaların elçilәrini geri qaytarmışdır.
Bundan başqa, sizin qonşu bәylәrindәn birinin böyük sәrvәti vә yeganә bir
qızı var. Deyirlәr ki, hәmin qız sizә әrә getmәyi arzu edirmiş, lakin bu şәrt
ilә ki, siz ata-ananızı vә rәiyyәtinizi atıb onların evindә yaşamağı qәbul
edәsiniz. Bir dә mәn, Sәadәt xanım adlı qәşәng vә gözәl bir qız sorağı eşit-
mişәm. O xanım bir o qәdәr sәrvәtilә deyil, ancaq gözәlliyi vә rәhmdilliyilә
şöhrәt tapmışdır. Bu xanım Qәbәlә xanlarının nәslindәndir, öz anasilә bәra-
bәr, sizdәn sәkkiz ağac mәsafәdә yaşayır.

Rәşid bәy Әzizә çox diqqәtlә qulaq asdıqdan sonra ona cavab verdi:
– Ah! Әziz, mәn o gözәl әmiqızımı tәxti-sәltәnәtdәn mәhrum etmәk
istәmirәm, bir dә kim bilir, bәlkә, gәlәcәkdә o, heç mәni sevmәyәcәk, hәm
dә tanımadığım, bilmәdiyim bir qızdan ötrü mәn candan әziz tutduğum vә
pәrәstiş etdiyim mehriban atamı, gözәl vәtәnimi vә vәfalı rәiyyәtlәrimi atıb,
qonşu bәyә xidmәt etmәliyәmmi? Yox, әzizim, bu iki qızdan mәn vaz
keçirәm. Gedәk Sәadәti istәyәk.
Bu sözlәri deyib Rәşid bәy üzünü Qәbәlә tәrәfә çevirib atın başını boş-
ladı. Bir az keçmәdәn Әziz ilә bәrabәr Sәadәtin ata-anasının mülkünә
yetişdi. Bu mülk yaşıl meşәlәr, meyvәli bağlar vә abad kәndlәr ilә örtül-
müşdü.
Bir tәrәfdә yüksәk dağlar vә onların üzәrindә uçan qartallar görünürdü.
O biri tәrәfdә köçәri xalqın ilxıları vә sürülәri otlayırdı. Bağbanlar meyvә
ağacları vә ya әtirli güllәr әkmәkdә, әkinçilәr buğda, düyü, arpa, pambıq,
tәnbәki vә sair mәhsullar becәrmәkdә idilәr. Bu mәnzәrә bizim qәhrәmana
çox xoş gәlsә dә, bir dәqiqә belә dayanmadan atını sürәtlә çaparaq, nәhayәt,
şәhәrә girdi.
Rәşid bәyin birinci fikri Tutu xanımın evinә gәlib-gedәn qarıları vә
qoca kişilәri axtarıb tapmaq idi. Rәşid bәy belә qocalardan bir neçәsini
tapıb, onları bir-bir Sәadәtin evinә göndәrdi. Onlar qızın gözәlliyindәn, hәya
vә ismәtindәn, xasiyyәtindәn müfәssәl mәlumat toplayıb Rәşid bәyin yanına
qayıtdılar. Onların gәtirdiklәri mәlumat Rәşid bәyin sevgisini daha da
alovlandırdı. Xüsusәn Sәadәtin evindә Rәşid bәyin haqqında olan rәy onun
öz mәqsәdinә çatmasına böyük ümidlәr verdi.
Verilәn mәlumatı yoxlamaq üçün Rәşid bәy Sәadәti öz gözü ilә görmәk
niyyәtinә düşdü. Bütün müsәlmanlar evlәnәnә qәdәr gәlәcәkdә onların
   8   9   10   11   12   13   14   15   16   17   18