Page 12 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 12
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

әn gizli yuvalarını axtarıb tapar vә onların әziyyәtindәn әkinçilәri xilas
etmәk üçün vuruşub yuvalarını tar-mar edәrdi.

Bir sәhәr Rәşid bәy yüksәk bir dağın başında oturub, onun atını yedә-
yindә saxlayan vә ondan heç bir zaman ayrılmayan Әziz adlı nökәrilә söhbәt
edirdi. Ovdan danışaraq hәr ikisi tәbiәtin gözәllik vә әzәmәtini seyr edir-
dilәr. Sübhün dumanı düzәnlәrdәn qalxaraq göylәrә yüksәlir, coşqun çaylar,
dәrә vә düzlәri suvarmağa tәlәsәrәk güllәrin, yasәmәnlәrin vә başqa çiçәk-
lәrin arasilә axırdı. Ağaclar yaşıl yarpaqlarla bәzәnmәyә başlamışdı.

Bu vaxt birdәn onların qulağına zәif bir qışqırıq, hәzin bir inilti sәsi
gәldi. Hәr ikisi quş kimi uçaraq bu sәs gәlәn tәrәfә yüyürdü. Bir cavan
oğlanı bir neçә quldurun әlindә әsir gördülәr. Quldurlar o cavanı başqa qul-
durlara satmaq niyyәtilә aparırdılar. Qoçaq Rәşid bәy atını Әzizә tapşıraraq,
xәncәrini sıyırıb quldurların üzәrinә atıldı. Onlardan ikisini xәncәrlә vurub
öldürdü, başqaları isә әsir oğlanı buraxıb meşәyә qaçdılar. Qaçan quldurların
12 da bir neçәsi Rәşid bәyin zәrbәsini dadmışdı. Vuruşma qurtardıqdan sonra
rәhmdil Rәşid bәy tәlәsik cavan oğlanın kömәyinә yüyürdü – cavan yara-
lanmışdı. Yarasını qurşağı ilә sarıyıb, yaxın bir evә aparmaq üçün onu
Әzizin atına mindirdi.

Bir kәndә yetişәr-yetişmәz, onları bir dәstә qadın ağlaşma ilә qarşıladı.
Әziz bunun sәbәbini dәrhal anlayıb ağasının göstәrdiyi igidliyi onlara söy-
lәdi. Rәşid bәy dә öz yükü ilә yetişdi. Aman, nә böyük sәadәt! Bir neçә saat
әvvәl quldurlar әlindә әsir olmuş әziz Mәrdanı yenidәn görmәk bu biçarә
qadınlar üçün nә böyük xoşbәxtlik idi.

Gәnc Mәrdanın anası, arvadı vә bacıları qollarını açıb Rәşid bәyin
ayağına yıxıldılar vә onun dizlәrini öpmәyә başladılar. Sonra Rәşid bәyi
evә apardılar. Mәrdanın gәnc arvadı Rәşid bәyin paltarının qanını yudu,
plov üçün düyü hazırladı vә Rәşid bәyә bir tafta qurşaq bağışlayıb ona “qar-
daş” dedi. Yalnız әrinin üzünә gülüb mehribançılıq etmәk üçün o, bәzәn
Rәşid bәyi tәrk edirdi.

Bu mәnzәrә, evin daxili hәyatı, bu gәnc әr-arvad arasında olan nәzakәt
vә zәrif mehribançılıq – bunların hamısı Rәşid bәy üçün yeni bir alәm idi.
Bu cazibәli mәnzәrә onu heyran edirdi. Qafqazın bir çox yerlәrindә bacı vә
qardaşı olmayan cavanlar ailә sәadәtindәn bixәbәr olurlar. Bizim qәhrәman
da belә idi.

Son dәrәcә qonaqcıllıq göstәrdiklәri üçün Rәşid bәy ev sahiblәrinә
tәşәkkür etdikdәn sonra atına minib Әziz ilә bәrabәr evlәrinә tәrәf yola
düşdü. Onlar dәrin bir sükut içindә yol gedirdilәr. Nәhayәt, Rәşid bәy üzünü
Әzizә tutub dedi:

– Mәnim vәfalı yoldaşım Әziz, Mәrdanın arvadındakı nәzakәti vә әrinә
olan mehribanlığı gördükdә, özümün yalqız olmağımı hiss edirәm vә bu
   7   8   9   10   11   12   13   14   15   16   17