Page 16 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 16
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

gözәlliyini seyr etmәyә imkan tapdı. Bu görüşdәn Sәadәt öz qәlbindә
gәlәcәyini hәll edәcәk bir sevgi doğduğunu duydu. Gün batdıqdan sonra
camaat dağılıb getdi. Sәadәt dә evә qayıdandan sonra ürәyi Rәşid bәyin
fikri-xәyalıyla çırpınmağa başladı. Gecә yatağa girdikdә, Sәadәt tez-tez
dәrin “ah” çәkib Şamah ilә Rәşid bәydәn danışırdı. Şәfәqin parlaq ziyası
qarşısında gecәnin pәrdәsi mәhv olmaqda idi. Günәşdәn bütün tәbiәtә hәyat
yayılırdı. Günәşin şüaları Sәadәtin otağına düşür, divarlara parlaq işıq
saçırdı. Pәncәrәdәki әtirli çiçәklәr gәnc qıza tәrәf әyilmişdi, güllәr sanki
yaz yarpaqlarıyla onun lәtif әllәrini öpmәk vә şәbnәmlәrilә onun üzünü
sәrinlәtmәk istәyirdi. Lakin pәncәrәnin qabağında oturub dәrin sükuta
dalmış Sәadәt yalnız Rәşid bәyin xәyalıyla yaşayırdı.

Şamah Sәadәtin kәdәrinin sәbәbini bilsә dә, yenә ondan “niyә bu qәdәr
qәmli-kәdәrlisәn?” – deyә soruşdu. Sәadәt iztirab içindә ona cavab verdi:

– Ah, әzizim Şamah! Bütün dünya Rәşid bәyin tәrifini söylәyir, mәn o
16 gözәllikdә vә qoçaqlıqda bir qardaşım, ya bir sevgilim olmasını nә qәdәr

arzu edәrdim. Mәn onu da düşünürәm ki, bu yaxın zamanda öz nәcabәti vә
sәrvәtilә mәğrur olan Әsgәr ağanın arvadı olmalıyam. Mәn onun xasiyyәtinә
bәlәd deyilәm, bәlkә, o, heç mәni sevmir. Ah! Elә bir uşağa әrә getmәkdәnsә,
mәn daim anamın vә sәnin yanında yaşamağı nә qәdәr xoş bir sәadәt hesab
edәrdim! Elә bir adam mәndәn nә mәhәbbәt, nә dә hәssas bir könül uma
bilmәz. Gәnc xanın ata-anası öz oğlunu evlәndirmәk istәyir, lakin fikir elә-
mirlәr ki, bu işdә iki şәxsin bәdbәxtliyinә sәbәb olurlar: biri öz oğulları, o
biri dә gәlәcәk gәlinlәri. Bәli, әzizim, qәm vә iztirablarımın әsl sәbәbi budur.

Bu sözlәr Sәadәtin ağzından çıxar-çıxmaz, bir dәstә dilәnçi әllәrini
açaraq yalvara-yalvara qapıdan daxil oldu. Mәrhәmәtli Sәadәt onların halına
yanır, әhvallarını soruşur vә mәrhәmәtli bir tövr ilә tәsәlli verirdi. Dilәnçilәr
Sәadәt xanıma tәşәkkür edә-edә evi tәrk etdikdә, Rәşid bәy dilәnçi әbasına
bürünmüş bir halda özünü camaatın içinә qatıb yarı ilә bir neçә söz danış-
mağa sәy etdisә dә, ürәyinin şiddәtlә döyünmәsi ona mane oldu.

O, Sәadәtin üzünә baxmaq istәyir, ancaq Sәadәtin gözlәrindә parlayan
işıq onun qüvvәtini әlindәn alırdı. Rәşid bәy danışmaq istәyir, ancaq ağzı
yarıyadәk açılır, dili kәkәlәyәrәk anlaşılmaz sözlәr söylәyirdi.

Nәhayәt, gәnc qız yalançı dilәnçiyә üz tutdu. Ancaq ona yanaşırkәn
qızda anlaşılmaz bir hәyәcan oyandı. Qız dilәnçiyә müraciәtlә:

– Möhtәrәm qoca, mәndәn nә xahiş edirsiniz?! – dedi.
Rәşid cavabında:
– Ey zavallıların ümidi, pәnahı, mәnim bir dәrdim var ki, heç bir dil
onu izhar etmәyә qadir deyil.
– Sizin dәrdinizin davası mәnim qüdrәtim xaricindә olmazsa, mәn onu
sizdәn әsirgәmәrәm, – deyә Sәadәt cavab verdi vә yenә dә sözünә davam
   11   12   13   14   15   16   17   18   19   20   21