Page 18 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 18
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Sәadәt cavabında:
– Әzizim Şamah, mәnim bu qәdәr şiddәtlә çırpınan könlümü sәn dә
bir tәrәfdәn hәyәcana gәtirmә! Mәn Rәşidi ayaqlarıma döşәnmiş gördükdә,
ondan mәhәbbәtimi әsirgәyә bilәrdimmi? Onun hәssaslığı, gözәlliyi vә
cәsarәtinin şöhrәti alәmә o qәdәr yayılmışdır ki, onu iki dәfә görmәklә
könlümdә ona bәslәdiyim mәhәbbәti gizlәdә bilmәdim. Mehriban Şama-
hım! Mәnә yazığın gәlsin. Mәn onu sevdiyimi söylәdiyim üçün mәni dәrdә
salma, әksinә, mәnim atәşli eşqimә nisbәtәn ona kafi dәrәcәdә mәhәbbәt
izhar etmәdiyim üçün mәni günahkar tut. Ah! Mәnim hәqiqi hissiyyatımı
ona izhar edәcәk bir qüdrәtә malik sözlәr varmı?! Onun xurma ağacına bәn-
zәyәn zәrif boyu, tağ şәklindә olan qara qaşları yalnız mәnim deyil, bütün
qadınların könlünü әlә ala bilәr. Onun parlaq gözlәri hәr baxdığı şeyi әrit-
mәyә vә mәlahәtli sәsi bütün hissiyyatı heyran etmәyә qadirdir. Ah, mәn
onun vücudunda gördüyüm bütün mәlahәt vә lәtafәtlәri nә üçün onun qarşı-
18 sında bir-bir söylәmәdim?! Mәn İran şairinin bu kәlamının hәqiqi mәnasını
indi anlayıram:

Bülbül güldәn uzaq olduqda,
Onun eşqilә bütün tәbiәtә zövq verir,
Ancaq gülün yanına gәldikdә lal olur.
İki sevgili dә bir-birini gördükdә hәmin hala düşür.

Sәadәti öz sirdaşıyla Tutu xanıma sirlәrini söylәmәk vә Kazım xan
oğlunun dilәyini rәdd etmәk üçün bir bәhanә axtarmaqda qoyaq, keçәk Tutu
xanımın otağına.

Tutu xanım sübh namazını qıldıqdan sonra, evdә lazımi әmrlәri verib,
adәti üzrә, Qurandan bir surә oxumaqla mәşğul idi. Bu halda hәrәmxanaya
girmәyә icazәsi olan hәrәm nökәri qapıdan daxil oldu.

Bu mәmlәkәtin bütün әyanı hәrәmxanaya әn vәfalı, әn ağzımöhkәm
vә xüsusәn sinni keçmiş nökәrlәrdәn qulluqçu seçәrdilәr. Nökәr içәriyә gir-
dikdә әllәrini döşünә qoyub dәrin bir tәzim vә ehtiramla xanıma baş
endirәrәk dedi:

– Xanım, sizә bu gün bir müjdә gәtirmәyә cәsarәt etdim. Çoxdan bәri
gözlәdiyimiz, gözәl xanımımızın nişanlısının göndәrdiyi elçi bu saat şәhә-
rimizdәdir. Gәlәn elçi Әsgәr ağanın әmisidir. Onun qiymәtli paltarlar
geyinmiş iki yüz atlısı var. Qız üçün çox böyük cehiz vә qıza yengә olmaq
üçün özü ilә bәrabәr bir neçә xanım da gәtirmişdir. Bu xoş xәbәrlә sizi tәbrik
edәrәk, bacınızı çağırmaq üçün әmrinizi gözlәyirәm ki, o da buradan gәlinә
qoşulub ta oğlan evinә qәdәr bәrabәr getsin. Hәrәmxana nökәri bu sözlәri
deyib çıxdı. Bir neçә dәqiqәdәn sonra Tutu xanımın bacısı şad bir halda
   13   14   15   16   17   18   19   20   21   22   23