Page 14 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 14
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

hәyat yoldaşları vә rәfiqәlәri olacaq qadınları görmәk sәadәtindәn mәhrum-
durlar. Buna görә dә Rәşid bәy onun könül evini bәrbad edәn sevgini hәlәlik
gizli saxlamaq istәdi. O, bir bağban paltarı geyib Sәadәtin hәr gün gәlib
gәzdiyi qonşu bağa bağban oldu.

Yüksәk bir hasar o iki bağı bir-birindәn ayırırdısa da, Rәşid bәyә Sәa-
dәtin nәğmәlәrini dinlәmәyә mane olmurdu.

Bir dәfә, gecәnin qara pәrdәsi bağın üzәrinә çәkilәndә Rәşid bәy ha-
sarın üstündәn keçib Sәadәtin bağına atıldı vә sәhәrә qәdәr böyük bir kolun
arasında gizlәndi. Sәhәr açılcaq, Rәşid bәyin gözlәri qarşısında bir tәrәfdәn
günәş, o biri tәrәfdәn Sәadәt göründü. Rәşid bәy Sәadәtә baxdı, güc ilә nә-
fәs alaraq bihuş bir halda ağacın dibinә yıxıldı.

Sәadәt bir neçә dәfә bağı dolandıqdan sonra evә qayıtdı. Bizim zavallı
aşiq dә huşa gәlib öz bağına qayıdanda orada bağ sahibini gördü. Rәşid bәy
bağda işlәmәk istәdisә dә, qıçları titrәdi, әllәri hәrәkәtdәn düşdü vә gözlәri
14 Sәadәtin xәyalından başqa bir şey görmәdi. Günәşin üfüqdә gizlәnmәsini
sәbirsizliklә gözlәdi.

Ulduzlar göy üzündә görünәr-görünmәz, öz yarını görmәk vә onun
Şamah ilә oturub Sәdinin vә başqa şairlәrin qәzәllәrindәn danışmasını din-
lәmәk üçün Rәşid bәy tәkrar eşq yolunu tutdu.

Hәr gün Sәadәtin gözәlliyi, nәzakәti, fәrasәti vә xoşdilliyi Rәşid bәyin
nәzәrindә artırdı.

Bir gün Rәşid bәy özünü ona tәqdim etmәk, onun qarşısında diz çöküb
adını söylәmәk, ona gәlmәyini rica etmәk niyyәtinә düşdü. Lakin tәklifinin
rәdd edilmәsindәn, hәm dә Sәadәtin anasında vә qohumlarında şübhә oyan-
dırmaqdan qorxaraq, yalnız bir neçә qәzәl oxumaqla kifayәtlәndi.

Sәadәtә o qәdәr dәrin tәsir bağışlayan vә nәhayәt, bağın qapılarını bağ-
latdıran qәzәllәr bunlardı.

Rәşid bәy hәr gün bağa gәlir, ancaq bir daha Sәadәti görә bilmir, darı-
xır, canı sıxılır, qәm dәryasına qәrq olur, gözlәri yaş ilә dolurdu. O, bağda
sәrgәrdan dolanır, sevgilisinin әn çox xoşladığı çiçәklәri bәslәyirdi. Birdәn
qapının yanına düşmüş bir qızıl üzük onun gözünә sataşdı, üzüyü götürüb
baxdı vә Sәadәtin adını onun üstündә oxudu. Üzüyü dönә-dönә öpdü vә
bağrına basıb bağdan çıxdı.

Rәşid bәy Sәadәtin bağa gәlmәmәsinin sәbәbini öyrәnmәk üçün bağ-
ban paltarını çıxarıb şәhәrә getdi. Orada әhvalatı öyrәndikdәn sonra nökәri
Әzizlә, ata minib öz yurduna qayıtdı.

Rәşid bәy dәrin iztirab içәrisindә susurdu. Onun uzun qara kirpiklәri
o dәrәcәdә gözünü qapamışdı ki, yolu güclә görürdü. Әllәrindә cilovu tut-
mağa taqәt qalmamışdı. At da sahibinin qәmginliyini hiss edirmiş kimi, onu
atasının evinә tez yetirmәyә tәlәsirdi.
   9   10   11   12   13   14   15   16   17   18   19