Page 10 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 10
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Rәşid bәy vә Sәadәt xanım

May ayının gözәl bir günü idi. Bütün tәbiәtin canlandığı vә
bәzәndiyi bir zamanda Azәrbaycan bәylәrinin birinin Sәadәt
adında yeganә bir qızı sübh vaxtı günәş şәrq tәrәfdәn doğ-
mağa başlarkәn, kiçik, lakin gözәl bir evdәn çıxıb xoş bir hava ilә oxşanmaq,
çiçәklәrin nәşә verәn әtirlәrini iylәmәk vә quşların nәvazişli nәğmәlәrini
dinlәmәk üçün sәfalı bir bağa girdi.
Qız bağa girәr-girmәz, bütün tәbiәt sanki başqalaşdı. Göyün üzü daha
da gözәllәşdi. Şad vә fәrәhli quşlar ağaclardan onun ayağına töküldülәr,
hava lәtif әtirlәrlә doldu.
Bütün tәbiәt sanki son dәrәcә şәn halda özünü ona bәyәndirmәk istә-
yirdi. Belә bir gözәl vücuda özünü bәyәndirmәyi kim istәmәz!
10 Gözәl Sәadәt bir qәdәr bağda gәzdikdәn sonra böyük şabalıd ağacının
dibindә, çәmәnlikdә әylәşdi.
O, indi fikir dәryasına qәrq olaraq, özü dә sәbәbini bilmәdәn tez-tez
“ah” çәkirdi. Onun hәyatında sanki heç bir çatışmayan cәhәt yox idi.
Gözәl Sәadәt bir sevgili arzusunda idi. Sevgisiz hәyat – bәdbәxtlik vә
qәm-qüssәdir.
Qızın pәnah gәtirdiyi bu romantik bucaq ona o qәdәr xoş gәlirdi ki,
sәhәrlәr hәmin bağa gәlib әtirli qızılgüllәrdәn hörülmüş köşkün yanında,
ortasında fәvvarә vuran bir hovuzun kәnarında oturardı.
Bir gün dәrin xәyallara dalan qızın qulağına hәzin bir sәs gәldi: “Ah!
Mәn sevgimi gizli saxlamaq üçün nәlәr etmәzdim. Ocaq üstündә qaynayan
bir qab su mәnim könlüm qәdәr qaynar ola bilmәz”.
Bu sözlәri eşitdikdә nazәnin Sәadәt әylәşdiyi yerdәn çәkilib getmәk
istәdi.
Lakin bu tәsirli sözlәri oxuyan şәxsi görmәk üçün utana-utana әtrafa
baxdı; heç bir kәsi görә bilmәdikdә, bu sәsin sehrkar bir sәs olduğunu zәnn
etdi.
Lakin sevgi kәlmәsi onun könlünü hәyәcana gәtirdi vә bütün hissiy-
yatını alovlandırdı.
Bu vaxt Sәadәtin mehriban dayәsi Şamah bağa girdi. Şamah Sәadәti
uzaqdan rәngi qaçmış vә iztirab içindә görüb cәld onun yanına gәldi vә onu
qucaqlayıb öpәrәk, hәyәcanının sәbәbini soruşdu.
Sәadәt әli ilә güllәrin solmuş yarpaqlarına vә ağacdan tökülüb yerdә
çürümüş meyvәlәrә işarә edәrәk dedi:
– Mәnim dә taleyim belәdir!
Bu sözlәr tәcrübәli qadına gәnc qızın hәyәcanının sәbәbini bildirdi.
Vәfalı Şamah qızı gecikmәdәn evә aparmaq istәdi, lakin bağın qapısına
   5   6   7   8   9   10   11   12   13   14   15