Page 7 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 7
. Vә sosialist inqilabının “müzәffәr yürüşü”nü tәsvir etmәk mәramı 7
(әslindә, konyukturu!) ilә, demәk olar ki, heç bir bәdii dәyәri olmayan
sicillәmәlәr nәinki kәmistedad, hәtta kifayәt qәdәr istedadlı, dünyagörüşlü
yazıçıların qәlәmindәn dә çıxırdı ki, bu, ilk növbәdә, sosializm realizmi
prinsiplәrinin sәnәtә zorla yeridilmәsinin doğurduğu fәsad idi. İdeoloji
tәzyiq o hәddә çatırdı ki, yazıçı özü necә düşünürsә o cür yox, rejim necә
istәyirsә o cür qәlәm işlәtmәyә mәcbur idi. Sovet әdәbiyyatının “gene-
ral”larından biri hәmin vәziyyәti özünәmәxsus (әslindә, dövrә mәxsus) bir
ustalıqla belә ifadә etmişdi: “Xarici rәqiblәrimiz irad tuturlar ki, biz
partiyanın diktәsi ilә yazırıq… Ancaq elә deyil, biz ürәyimizin diktәsi ilә
yazırıq, ürәyimiz isә partiyaya mәnsubdur”.

XX әsrin ortalarından etibarәn Azәrbaycan nәsrinә yeni yaradıcı
nәslin axını başlayır… İsmayıl Şıxlı, Әzizә Cәfәrzadә, Hüseyn Abbaszadә,
Gülhüseyn Hüseynoğlu, Vidadi Babanlı, İsa Hüseynov, Sabir Әhmәdli, İsi
Mәlikzadә, Yusif Sәmәdoğlu, Fәrman Kәrimzadә, Sabir Azәri, Anar, Elçin,
Mövlud Süleymanlı, Seyran Sәxavәt, Mәmmәd Oruc… Vә hәmin nәsil 80-ci
illәrә qәdәr yaşlı nәsillә ya gizli, ya da aşkar qarşıdurmada fәaliyyәt
göstәrir ki, bu da “köhnә nәsr”lә “yeni nәsr” arasındakı ideya-estetik
uyğunluqla bağlı fәrqin nәdәn ibarәt olduğunu bir neçә on il әrzindә aydın
nümayiş etdirir.

Әdәbi alәmdә “60-cılar” adlanan yeni nәslin (vә onların tәqdim etdiyi
nәsr yaradıcılığı mәdәniyyәtinin) әsas uğurları 70-ci illәrdә meydana
çıxmaqla yanaşı, әdәbiyyata 70-ci, 80-ci illәrdә gәlәn gәnc nasirlәr (Afaq
Mәsud, Aqil Abbas, Sәfәr Alışarlı, Saday Budaqlı, Elçin Hüseynbәyli, Yaşar,
Mübariz Cәfәrli…) onların mövqeyini daha da möhkәmlәndirdilәr. Vә
belәliklә, 80-ci illәrdәn etibarәn 60-cılar (elәcә dә 70-cilәr, 80-cilәr)
Azәrbaycan nәsrinin simasını müәyyәnlәşdirmiş, ideya-mәzmun, poe-
texnoloji tipologiyasını diktә etmiş oldular… Hәr şeydәn әvvәl onu qeyd
etmәk lazımdır ki, әdәbiyyata bütün daxili alәmi, intim dünyası, mövcud
hәyat-mәişәt vәrdişlәri kompleksi ilә adi insan gәtirildi ki, onun hәr cür
fundamentalizmdәn vә ya deklorativlikdәn uzaq tәbiәti xüsusilә 70-ci illәrin
sonu – 80-ci illәrin әvvәllәrindә hәm rәsmi, hәm dә qeyri-rәsmi әdәbi
diskussiyalarda “köhnә nәsil” nümayәndәlәrindә belә bir sual doğurdu: bu
әdәbiyyatdırmı?.. Vә bu tәbii suala “yeni nәsil”in yaradıcılarından olan
Yusif Sәmәdoğlu heç bir tәrәddüd etmәdәn eyni tәbiiliklә cavab verdi: әsl
әdәbiyyatdır!..

Vә bu “әsl әdәbiyyat”ı yaradanların әn parlaq nümayәndәlәrini
(Anarı, Elçini, Y.Sәmәdoğlunu, A.Mәsudu…) fәrqlәndirәn bir mühüm xüsu-
siyyәt dә onların yüksәk intellektuallığı, müasir dünya әdәbiyyatını, elәcә
   2   3   4   5   6   7   8   9   10   11   12