Page 8 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 8
dә dünyada gedәn ictimai-estetik proseslәri kifayәt qәdәr dәrindәn bilmәlәri
idi. Lakin nәzәri hazırlıq bәzәn onların әsәrlәrindә hәyat materialının
kasadlığı barәdә müәyyәn tәsәvvürlәr, şübhәlәr doğursa da, bu, belә
deyildi… İlk növbәdә ona görә ki, “yeni nәsr”in mәramı hәyatı necә varsa,
o cür tәsvir etmәk yox, onun sosial-psixoloji tәhlilini vermәklә mükәmmәl
(vә zәngin) ovqat situasiyaları yaratmaq, insanı özünün çoxgedişli
tәhtәlşüur reaksiyalarında duymaq, dәrk etmәk idi.

Fikrimizcә, 20-ci, 30-cularla 60-cılar arasında mövzu, ideya, tәhkiyә
tәrzi baxımından, bir növ, keçid tәşkil edәn 40-cı, 50-cilәr (İ.Şıxlı, Ә.Cәfәr-
zadә, H.Abbaszadә, G.Hüseynoğlu, V.Babanlı, İ.Hüseynov…) mövcuddular.
Onlarda hәm әvvәlki nәslin maarifçilik xarakteri, geniş panoramlı tәhkiyә
tәrzi, hakim sosializm realizmi ilә müәyyәn qәdәr hesablaşmaq stixiyası,
hәm dә sonrakı nәslin milli mücadilә, insanı, hәyatı necә varsa, o cür tәsvir
(vә tәqdim) etmәk eşqi, ruhu var… Heç dә tәsadüfi deyil ki, 60-cılar öz
8 mәramlarını istәr yaradıcılıq tәcrübәsindә, istәrsә dә, nәzәri diskussiya-
larda elan etdikdә 40-cı, 50-cilәr, әsasәn, onların cәbhәsindә dayanmaqla,
demәk olar ki, eyni mövqeyi bölüşdürdülәr.

Hәm xronoloji, hәm dә ideya-metodoloji prinsipә görә, XX әsrin sonu –
XXI әsrin әvvәllәri öz nәsr tәfәkkürünü (vә texnologiyalarını) tәqdim etmәli
idi… Ancaq vәziyyәt, mahiyyәt etibarilә nә yerdәdir?.. Azәrbaycan nәsrinin
birinci (XIX әsrin sonu – XX әsrin әvvәllәri), ikinci (XX әsrin 20-ci, 30-cu,
40-cı illәri) vә üçüncü (hәmin әsrin 50-ci, 60-cı, 70-ci, 80-ci illәri) nәslindәn
sonra dördüncü nәsil nә ilә yadda qalacaq? Hәlә ki, yalnız onu demәk olar
ki, dördüncü (müasir) nәsil özündәn әvvәlki (üçüncü) nәsillә üz-üzә gәlmәk,
öz ideya-estetik mövqeyini bütün “vücud”u ilә ortaya qoymaq iqtidarında
deyil… Halbuki әvvәlki nәslin Anar, Elçin, M.Süleymanlı, S.Sәxavәt,
M.Oruc, A.Mәsud, A.Abbas, S.Budaqlı… kimi görkәmli nümayәndәlәri bu-
günün әdәbi mәnzәrәsini (vә nәsr yaradıcılığı prosesinin meyillәrini)
müәyyәnlәşdirmәkdә davam edirlәr.

Nizami Cәfәrov,
AMEA-nın müxbir üzvü, millәt vәkili
   3   4   5   6   7   8   9   10   11   12   13