Page 21 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 21
Èsmaéûl áÿy Qutqàøûnlû

heç bir şey görmürәm. Bizim evlәnmәyimizә heç bir maneә yoxdur, çünki 21
hәr bir çәtinlik bizim eşqimizi artıracaq, cәsarәtimizi ikiqat çoxaldacaq vә
susuzluqdan yanan çiçәklәr sulandıqda canlandığı kimi, o da canlanacaq.
Çiçәklәri suvararkәn, qabaqca onlarda düşkünlük olsa da, bir az sonra yeni
bir qüvvә, yeni bir hәyat qazanmış olurlar. Mәnim atam vә mәmlәkәtim
üçün heç bir tәhlükә yoxdur. Bu xüsusda tәşvişә düşmәk mәnasızdır. Әgәr
Kazım xan qarşımıza bir düşmәn kimi çıxsa, o zaman mәn öz atlılarımdan
başqa, mәni candan sevәn qonşularımızdan da böyük bir qüvvә toplaram.
Bütün Dağıstan ellәrini dolaşıb hökmran xanlardan kömәk istәrәm. Ondan
sonra әldә qılınc, ürәkdә eşq alovu vә intiqam atәşi, mәn öz qoşunum ilә
rәqibimin atasının öz sәrhәdindә onun qarşısına çıxaram. Bir neçә
çarpışmadan sonra sәn mәni igid atlılarımla bәrabәr, onun Әrәş sarayında
görәrsәn. Bir dә deyirsәn ki, mәn atamdan xeyir-dua almamışam. Atamın
bir neçә ay bundan әvvәl Sәadәtә mәnim üçün elçilәr göndәrib ondan rәdd
cavabı aldığını sәn nә tez unutdun! Bu, onun razılığını göstәrmirmi? Ah,
sevimli Әziz! Sәadәt ilә mәn bir-birimiz üçün dünyaya gәlmişik, bizim
taleyimiz bir-birinә o qәdәr möhkәm bağlanmış ki, heç bir maneә onu ayıra
bilmәz. İndi sәn mәnә söylә görüm, biz ayrılandan bәri nә görüb, nә
eşidibsәn?

Әziz bu işin onu vә ağasını nә qәdәr tәhlükәlәrә düçar edәcәyini bir
qәdәr düşündükdәn sonra belә cavab verdi:

– Bu gün bir az xırda-xuruş şey almaq üçün bazara getdim, iki-üç
dükan keçmәmişdim ki, birdәn bir sәs-küy qopdu. Bütün dükançılar vә
müştәrilәr dükanlardan çıxdılar, hamı sәs gәlәn küçәyә tәrәf yüyürdü, mәn
dә onların dalınca getdim. Bir evin eyvanına çıxıb tamaşa etdim, gördüm
ki, toy atlısına bәnzәr bir dәstә atlı gәlir. Gәlin aparmağa gәldiklәri
görünürdü. Dәstәnin başında iki nәfәr gözәl geyinmiş atlı, yedәklәrindә qar
kimi dümağ, cilovu bәzәkli bir at gәlin üçün aparılırdı. Hәr iki tәrәfdәn
piyada hәbәşi1gәlirdi. Dalda zurna-balaban çalınır, bir dәstә pәhlәvan mil
oynada-oynada gedirdi. Bunlardan sonra at boyda iki qatıra qoşulmuş, qızıl-
gümüş ilә bәzәnmiş bir taxt-rәvan gәlirdi.

Bu dәstәnin içәrisindә iki nәfәr dә yengә qadın vardı. Onların üzlәri
rübәnd ilә örtülü olsa da, çalğıçıları, xanәndәlәri, rәqs edәn mütrüblәri vә
çәngilәri2 görә bilirdilәr. Bu iki yengәdәn sonra bir neçә qadın taxt-rәvanın
dalınca at üstә gәlirdi... Nәhayәt, qiymәtli paltarlar geymiş iki yüz atlının
başında bir qırmızı libaslı şәxs gәlirdi.

Mәn bu adamın kim olduğunu soruşdum. Dedilәr ki, bu, Әsgәr ağanın
әmisidir. Mәnim ağam, şәhәrdәn sizә gәtirdiyim qәmgin әhvalat budur.

1 həbəşi – zənci
2 çəngi – qaraçı
   16   17   18   19   20   21   22   23   24   25   26