Page 27 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 27
maéûl áÿy Qutqàøûnlû

rafında diz üstә oturub istirahәtә mәşğul oldularsa da, tüfәnglәrini әllәrin- 27
dә hazır tutdular. Әsgәrlәr müharibәlәrdәn vә qәlәbәlәrdәn bәhs edirdilәr.

Söhbәt çox şirin idisә dә, Rәşid bәy fikirli görünürdü. O, öz xәyalında
Kazım xana qan tökmәmiş qәlәbә çalmaq üçün bir yol axtarırdı. Birdәn
onun başına bir fikir gәldi vә tez bu fikri hәyata keçirmәyә qәrar verdi. Rәşid
bәy yerindәn qalxıb әn igid nökәrlәrindәn dörd nәfәrini seçdi vә özü ilә
bәrabәr getmәlәrinә әmr verdi. Gün batar-batmaz, onlar kimsәsiz bir cığır
ilә Әrәş şәhәrinә tәrәf yola düşdülәr. Sübh açılan zaman şәhәrin kәnarına
yetişdilәr. Rәşid bәy atlarını vә adamlarından ikisini şәhәrin darvazası
yanında qoydu vә özü adamların ikisi ilә şәhәrә daxil oldu. Onun niyyәti
öz rәqibi Әsgәr ağanı qaçırtmaq idi vә bilirdi ki, sübh vaxtı Әsgәr ağa bir
mürәbbi ilә bәrabәr şәhәrin darvazasına vә Kazım xanın evinә yaxın bir
bağa gәzmәyә çıxır.

Qәhrәmanımız öz adamları ilә bәrabәr hәmin bağa yaxınlaşıb, çәpәr
arasından Әsgәr ağanı bağda gәzәn gördü. Әsgәr ağa bir kolun dalına keçib,
mürәbbisindәn ayrı düşmüşdü. Rәşid bәy cәld uşağa yaxınlaşdı vә ona
Kazım xanın geri döndüyünü vә mürәbbinin onu qarşılamağa getdiyini
xәbәr verdi.

Uşağı da aldatdı ki, mürәbbi mәni sәnin dalınca göndәrdi vә sәni
yapıncının altına alıb birdәn-birә Kazım xana göstәrmәyi mәnә tapşırdı.
Uşaq sevinәrәk özünü Rәşidin qucağına atdı. Rәşid onu yapıncının altına
alıb atları saxlanan yerә gәtirdi, o, öz adamları ilә atlara sıçrayıb, dağlardan
әsәn yel kimi gәldiyi yerә üz qoydu. Rәşid bәyin qoşunu hәmin qoyub
getdiyi yerdә idi, ancaq yeni gәlәn kömәk onların sayını artırmışdı. Onlar
sәbirsizliklә çarpışmağa müntәzir idilәr. Lakin sevimli başçılarının
gecikmәsindәn çox tәşvişә düşmüşdülәr. Onun haraya getdiyini heç kәs
bilmirdi. Yalnız Rәşid bәyin öz yerindә naib qoyduğu Hacı İbrahim adlı
hörmәtli bir nökәr öz ağasının getdiyi yeri vә niyyәtini bilirdi. O da bütün
günü Rәşid bәy gedәn yollara gözlәrini dikib, ağasına rast gәlәcәk tәhlükә
ehtimallarını düşünürdü. Artıq günәş batmışdı. Sәrkәrdәsiz qalmış qoşun
qәmgin oldu. Hacı İbrahimin gözlәri bir nöqtәyә baxmaqdan yaş ilә
dolmuşdu. Birdәn-birә qoşundan qopan bir sevinc qışqırığı Hacının
gözlәrini işıqlandırdı. O, yenidәn gözünü yol tәrәfә dolandırıb beş nәfәr
atlının sürәtlә gәlmәsini gördü. Onların ayaqlarının altından qopan toz,
sütun kimi göyә qalxırdı. Ağ köpüyün içindә qan-tәrә batmış atların
ağızlarından çıxan buğ, topdan da qalın idi.

Nәhayәt, Hacı İbrahim Rәşid bәyi tanıdı. Onun qabağına yüyürdü,
bütün әsgәrlәr dә onun dalınca yüyürdülәr. Rәşid bәy atdan enib nökәr-
lәrindәn neçәsini öpdü, sonra Hacı İbrahimә Әsgәr ağanı tәqdim edәrәk
dedi:
   22   23   24   25   26   27   28   29   30   31   32