Page 32 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 32
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

çağırsın! Xacә çıxıb bir az vaxtdan sonra ehraz olunan әşxas gәldilәr vә
lazimeyi-tәzim әmәlә gәtirib müntәziri-fәrmayiş oldular. Şah buyurdu ki:

– Sizi bir әmrdәn ötrü mәslәhәtә çağırmışam, gәrәk haman xüsusda
bir tәdbir göstәrәsiniz. Çünki bu mәclisi-xasdır, ona binaәn mәnim tәrә-
fimdәn icazәt olunur ki, oturasınız. Әşxas fәrmayişi әmәlә gәtirdilәr. Şah
münәccimbaşının xәbәrini ilqa etdikdәn sonra buyurdu ki:

– Aya sizin rәyinizә görә, mәn nә qismi tәdbir ilә bu hadisәni öz vücu-
dumdan dәf edә bilәrәm?

Hәzәrat cümlәsi heyran qaldılar. Bir dәqiqә sükutdan sonra vәzir Mirzә
Möhsün başladı danışmağa:

– Bu bәndeyi-kәminәnin ixlası dövlәti-әliyyәyә nisbәt bәdihiyyat-
dandır. Әlbәttә, qibleyi-alәmin xatirindәdir ki, pedәri-büzurgüvarlarının
әyyami-sәltәnәtindә bir para naqisül-әql kimsәnәlәrin vәzarәtә mübaşirәti
32 olmaq sәbәbilә xәzineyi-amirә nә mәrtәbәdә nüquddan xali olmuşdu. Bu
keyfiyyәtә hali olduqda, mәn tәdbirinә iqdam etdim vә qәrar qoydum ki,
çakәrani-dәrgahdan hәr kimsә ki, bir şüğlә vә ya bir vilayәtin hökumәtinә
mәnsub olsa, fәraxuri-halına görә bir mәblәğ berәsmipeşkәş xәzinәyә tәslim
etsin vә әlavә hәr zaman ki, qibleyi-alәm bir әmirin kaşanәsini tәşrifi-
qüdumu ilә mübarәk etsә, sahibi-kaşanә әqmişeyi-nәfisә payәndaz vә bir
miqdar pul peşkәş elәsin. Bu növ tәdbirin vasitәsilә indi ki, qibleyi-alәmin
cülusunun yeddimci ilidir, xәzineyi-amirә әlhәmdü lillahi-vәlminnә,
nüqudi-vafirәdәn malamaldır. Ümuri-vәzarәtin pişrәftindә bәndeyi-kәminә
tәrәfindәn bitәcrübәlik qeyri-mütәsәvvirdir, amma kәvakibin müğabilindә
tәdbir göstәrmәyә әlhәq acizәm.

Bundan sonra sәrdar Zaman xan şüru elәdi:
– Bu çakәri-xalis, saqqalımın tükünü dövlәti-әliyyәnin xәdәmatında
ixlas vә hünәr ilә ağartmışam. Mәsәlәn, on il bundan әqdәm ki, taifeyi-
Osmaniyyә Bәkir paşa Dәmirçioğlunun sәrәskәrliyi ilә yetmiş min nәfәrә
qәrib xaki-İranә hücum gәtirmәyә müsәmmәm olmuşdular: qibleyi-alәmin
pedәri-büzurgüvarı İran qoşununun sәrdarlığını mәnә vagüzar etdi. Әgәrçi
bizim qoşunumuz da hesab vә әdәddә taifeyi-Osmaniyyәdәn kәm deyildi,
nәhayәt, mәnim heyfim gәldi ki, firqeyi-naciyyәnin qoşunun küruhi-zallәnin
müqabilindә tәlәfә verdirim. Ona binaәn әmr etdim ki, Osmaniyyә sәr-
hәdindәn ta nәhayәti-mülki-Azәrbaycan tamam dәhaqinin ziraәtini xarab
etsinlәr vә çarpalarını qovub gәtirsinlәr, körpülәri dağıtsınlar vә yolları
pozsunlar. Vәqta ki, Bәkir paşa sәrhәdimizә daxil oldu, әgәrçi müqabilindә
bizim qoşundan bir nәfәr görmәdi, amma yollar bir mәrtәbәdә xәrab olun-
muşdu ki, әsla özü ilә topxana gәtirmәyә qadir olmuyub, ancaq atlı vә
   27   28   29   30   31   32   33   34   35   36   37