Page 36 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 36
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Mövlana otağa daxil olub şaha lazimeyi-sitayiş әmәlә gәtirdi. Şahın
işarәsilә oturub әrz elәdi ki:

– Qibleyi-alәm sağ olsun, әgәrçi bu bәndә pirlik sәbәbilә dәrxanәdәn
kәnar olub guşәgirlik ixtiyar etmişәm, lakin bu övqat, yәni Novruzdan on
beş gün keçmiş Mәrrixin Әqrәb ilә iqtiran etmәlәrindәn qibleyi-alәmin zati-
mübarәkinә ehtimali-sәdәmeyi-üzma olduğu üçün vacibatdan bildim ki,
hüzuri-pürnura şәrәfyab olub, piş-әz-vәqt hadisәni elam edib, dәfinә tәdbir
göstәrim. Bu xatirә ki, mәbada bu keyfiyyәt cavan münәccimlәrin bәsi-
rәtindәn mәxfi qala! Şah nәhayәtdә xoşhal olub buyurdu ki:

– Mövlana, biz elә o xüsusda göftgu edirdik. Hadisә mәlumdur.
Tәdbirini izhar edin.

Mövlana әrz elәdi ki:
– Qibleyi-alәm bu әyyami-nühusәtdә, yәni Novruzdan on beş gün
36 keçәnәdәk gәrәk özünü sәltәnәtdәn xәl edә vә tәxtü-tacı tәslim eyliyә bir
mücrim vә vacibülqәtl kimsәnәyә vә özü xәlqin nәzәrindәn napәdid ola. O
surәtdә kәvakibin tәsiri haman mücrimin başında çatlayacaq; çünki o vaxt
İran padşahı odur. Elә ki hadisә vaqe olur vә o mücrim ki, sahibi-tәxtü-
tacdır, hәlakәtә yetişir, o zaman qibleyi-alәm ixtifadan çıxıb genә tәxtü-taca
malik olur vә kәmali-iqbal vә afiyәtdә sәltәnәt edәr. Amma görәk xәlqdәn
bir kimsәnә bu tәdbiri bilmiyә vә zәnn etmiyә ki, qibleyi-alәm ariyәtәn tәxtü
tacdan әl çәkir: ta ki, haman mücrimi ki, tәxtә çıxacaqdır, müstәqillәn
padşah bilәlәr vә gәrәk hәrәmxanә xatunlarının da tәlaqı verilib kәbin
kağızları yırtıla. Sonra olara tәklif oluna ki, Abbas Mәhәmmәd oğluna ki,
dәxi padişah deyil vә bir fәrddir, әfradinasdәn dübarә mәnkuhә olub fәqr
vә qәnaәtә razı olurlarmı? Hәr birisi ki razı olsa, ona dübarә Abbas Mәhәm-
mәd oğluna nikah oxuna vә kәbin kağızı yazıla vә hәr biri ki razı olmasa,
haman saat buraxıla...
Münәccimbaşı mәhlәkәdәn qurtardı. Şahın bәşәrәsindәn bilkülliyyә
qorxu әsәri rәf oldu. Rәngi ağarmış ikәn qırmızılığa tәbdil tapdı.
Әfradi-mәclisdәn mövlananın әql vә kәmalına afәrin sәdası sәqfә
bülәnd oldu. Şah bәşaşәt ilә mollabaşıya mütәvәcceh olub sual etdi ki:
– Әhkami-şәrә mütabiq bir qayәtdә mücrim vә vacibülqәtl kimsәnә
nәzәrdә varmı ki, sәltәnәti vә tәxtü-tacı ona vagüzar edәk?
Mollabaşı cavab verdi ki:
– Pәrvәrdigari-alәm qibleyi-alәmә ömri-tәbii kәramәt etsin. Bu şәhri-
Qәzvindә bir nәfәr nabәkar peyda olubdur ki, cәmi-ruyi-zәmindә ondan
mücrimtәr vә qәtlә müstәhәq bir kimsәnә tapılmaz; adına Yusif Sәrrac
deyirlәr. Mәlum deyil ki, harada tәrbiyәt tapıbdır. Ancaq bu övqat şәhri-
   31   32   33   34   35   36   37   38   39   40   41