Page 40 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 40
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

O birisi dilbәr Qәzvin әhlindәn bir tacirin qızı vә bir cavan vә xoşru
oğlana namizәd idi. Xubru olmaq üçün qәflәtәn şahın dәllallarının çuğul-
çuluğu ilә atasından mütalibә olunub şahın hәrәmxanәsinә daxil olmuşdu;
zikr olunan keyfiyyәti öz arzusuna yetişmәyә vәsilә bilib atası evinә qayıtdı
vә namizәdinә vasil oldu.

Sair hәrәmlәrin nikahı mücәddәdәn Abbas Mәhәmmәd oğluna oxunub
xacә Mübarәkә әmr olundu ki, cümlәsini haman saat Qәzvinin altıncı küçә-
sinin başında müәyyәn olunan bir evә piyadә götürüb yetirsin, özü
dәrbari-şahiyә qayıtsın. Sonra Abbas Mәhәmmәd oğlu hәrәmxanәdәn çıxıb
uzaqlaşdı, napәdid oldu.

Yusif Sәrracın dükanı şah mәscidinin meydanının mәşriq sәmtindә
vaqe idi. Günortadan iki saat keçmişdi. Yusif Sәrrac fәrizeyi-zöhrü әda edib,
oturub, әlindә bir cilovu tikib tamam edirdi, çünki müştәri tapşırmışdı ki,
40 gәrәk o gün hazır ola. Yanında dostlarından iki nәfәr dәxi var idi ki, onun
söhbәtinә qulaq asırdılar. Yusif Sәrrac bahalıqdan şikayәt edirdi ki, biçarә
fәqir kәslәr haman il çox iztiraba düşmüşdülәr; çünki keçәn il nәhayәtdә
quraqlıq olmaq sәbәbilә vә Qәzvinin әtrafında suyun qillәti cәhәtilә әksәri-
mәhsulat yanıb әmәlә gәlmәmişdi. Bu keyfiyyәt bahalığa bais olmuşdu.
Yusif Sәrrac deyirdi:

– Tәәccüb edirәm bu dövlәtdәn ki, Qәzvinә su çıxarmaq üçün hәzar
günә istitaәt vә qüdrәti var, amma belә qәflәtdәdir ki, әsla bu әmrә mültәfit
olmayıb öz rәayasının halına vә paytәxtinin revnәqinә tәvәccöh etmir.

Bu halda meydanın mәğrib sәmtindәn bulud kimi toz qalxdı. Yusif
Sәrrac iynәsi әlindә başın yuxarı qovzadı, gördü ki, bir әsas peyda oldu vә
әsla xәyalından keçirmәdi ki, bu әsas vә tәdarük onun üçündür.

Qabaqda on iki şatır qıvraq geyinmiş, çәharguşә berk başlarında,
onların dalısınca on iki әlәmdar әlvan әlәmlәr әllәrindә, sonra dәsteyi-
pişxidmәtan ki, birisinin başında bir mәcmәi var idi. Dәstәyi-fәrraş,
әllәrindә ağac, onların әqәbindә miraxur, yedәyindә bir türkmәn atı; cәvahir
nişan yәhәr vә әzbab üstündә, mürәssә rәxt başında, mirvarid sinәbәnd
döşündә, zümrüd qotaz boynunda.

Bunlardan sonra mollabaşı vә sәrdar Zaman xan, vәzir vә müstövfi vә
mövlana Cәmalәddin vә münәccimbaşı, ülәmayi-giram vә sadati-üzam vә
sair әyan vә әşrәf vә әrbabi-mәnasib vә bir dәstә piyada vә bir dәstә atlı
kәmali-şükuh vә aram ilә gәlirdilәr.

Elә ki Yusif Sәrracın dükanına bәrabәr oldular, hamısı dayandı. Mol-
labaşı vә sәrdar irәli durub, Yusif Sәrraca kürnuş etdilәr. Yusif Sәrrac ayağa
durub tәvazö elәdi, amma qayәt tәәccübdә. Sonra mollabaşı tәkәllümә gәlib
dedi:
   35   36   37   38   39   40   41   42   43   44   45