Page 41 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 41
Ìèðçÿ Ôÿòÿëè Àõóíäçàäÿ

– Qәzanın tәqdirindәn, usta Yusif, bu gündәn sәn bizim padişahımız- 41
san. İranın sәltәnәt tәxti bu halda Şah Abbasın vücudundan xalidir. Bizlәri
sәrәfraz vә xoşbәxt elәyin, dәrbari-şahiyә tәşriffәrma olun ki, cülusi-
hümayun vaqe olsun.

Yusif Sәrrac kәmali-tәhәyyürә düşüb heç bilmәdi ki, bu nә vaqiәdir.
Onun qabağında tamam әrkani-dövlәt durmuşdular. Bu sözlәri ona
mollabaşı deyirdi ki, İranda bir mәtin kimsәnә hesab olunurdu. Amma
keyfiyyәt bir mәrtәbәdә qәrib idi ki, Yusif Sәrrac onu doğru olmağına,
bavücudi ki, gözü ilә görürdü, hәrgiz etibar edә bilmirdi. Aqibәt mәqami-
cәvaba gәlib dedi:

– Mәnim mәxdumum mollabaşı, mәn cәnabınızı İranda mәtin adam-
lardan hesab edirәm, bilmirәm ki, aya dәli olubsunuz, ya bәng atıbsınız ki,
bu qәbil sözlәri mәnim üzümә deyirsiniz. Mәn bir fәqir sәrrac babayam.
Mәn hara, tәxtü-tac Hara? Vallah, mәn anlaya bilmirәm ki, sizin bu hәrә-
kәtinizi nәyә hәml edәm... Mat vә heyran qalmışam. Tәvәqqei-çakәranә
edirәm ki, mәnә sataşmayasınız!

Sәrdar Zaman xan sözә şüru elәdi:
– Usta Yusif, sәn bu saatda qibleyi-alәmsәn vә biz cümlәmiz sәnin
qulun vә sәgi-asitanәn varıq! Sәnә çakәranә bizdәn tәvәqqә etmәk münasib
deyil, sәn xüsrovanә fәrmayiş etmәyә şayistәsәn! Biz nә dәli olmuşuq vә
nә bәng atmışıq, cümlәmiz әqli-sәlim vә şüuri-kamildә varıq, amma hәzrәti-
barinin tәqdirinә tәbdil yoxdur. Bu gün külli-İran mülkündә sәnin sәltәnәtin
müsәllәmdir.
Mollabaşının qovluna görә, dәrbari-şәhiyә tәşrif-fәrma olun ki, cülusi-
hümayun vaqe olsun.
Sonra üzün dörd nәfәr hazırda olan pişxidmәtlәrә tutub dedi ki:
– Xәlәti-şahanәni gәtirin, qibleyi-alәmi geyindirin!
Pişxidmәtlәr әllәrindә mәcmәi ilә ki, içindә xәlәti-şahanә qoyulmuşdu,
dükana ayaq basdılar, mәcmәini yerә qoyub şüru etdilәr, Yusif Sәrracın
köhnә paltarını soyundurmağa vә xәlәti-şahanәni ona geydirmәyә.
Müxalifәt bir yana çatmazdı. Yusif Sәrrac mәqami-tәslimdә durdu ki,
üqәla öz xahişlәrini әmәlә gәtirsinlәr. Elә ki libas geyinmәk tamam oldu,
miraxur mürәssә rәxtli atı qabağa çәkdi. Yusif Sәrracı mindirdilәr ata, әsas
qәrari-sabiq üzrә dәrbari-şahiyә rәvanә oldu. Fәrraşların küçәlәrdә “Berәvid!1
Berәvid!” sәsi hәr dәqiqәdә әrşә dayandı. Tamam әhli-Qәzvin zükurәn vә
ünasәn, sәğirәn vә kәbirәn pәncәrәlәrә vә damlar üstünә çıxıb nәzzarәyә
mәşğul oldular vә keyfiyyәtdәn müxbir olmadıqları üçün cümlәsi heyrәtdә
qaldı.

1 Berəvid – gedin
   36   37   38   39   40   41   42   43   44   45   46