Page 46 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 46
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

almasınlar; yәqin bilsinlәr ki, bu növ hәrәkәt axırda oların özlәrinin
bәdbәxtliyinә vә hәlakәtinә bais olur. Olar mükәrrәr müşahidә ediblәr ki,
bu növ rәftar ilә dövlәt cәm edәn kәslәr axırda baş veriblәr vә ya kәmali-
bәdbәxtliyә vә zillәtә vә mәskәnәtә düşüblәr. İranda bu növ ilә cәm olunan
dövlәtin hәrgiz heç bir xanәdanda davamı olmayıbdır. Hanı damqanlı Cәfәr
xanın kürurları? Hanı Sәlim xan Qaragözlünün dövlәti? Hanı şirazlı Mirzә
Nağının әmlakı? Padişahani-İran hәmişә vәqta ki, bir sahibi-mәnsәbi
mülahizә edirlәr ki, pul cәm edib, sәrvәtә çatıbdır, haman saat bir bәhanә
ilә onu mәqami-müaxizәyә gәtirirlәr, hәr nә vardır әlindәn alırlar, özün
hәlak edirlәr vә ya zillәtә vә mәskәnәtә salırlar.

Bu әmrdә hakimi-vilayәtlәr, şәbihdirlәr zәlilәrә ki, qan sorub şişdikdә,
sahibi oları sıxar, tamam sorduqları qanı qusarlar. Kimisi bu cәhәtdәn ölür
vә kimisi zәif vә lağәr olur. Fәәmma әgәr hakimlәr niknәfәs olub vә öz hәlal
46 rizqlәrinә qane olalar, hәmişә öz dәrәcәlәrindә baqi vә xalq nәzәrindә
müәzzәz vә sәlatin niyyәtindә mükәrrәm olacaqlar vә günbәgün rütbәlәri
izdiyad behәm edәcәk.

Bu sözlәri tәlqin edәndәn sonra şah baxıcıları buraxdı. Sonra buyurdu
xirac mәblәği mötәdil miqdaradәk tәxfif tapsın vә әmr etdi ki, hәr yerdә
yollar tәmir olunsun vә lazım mәqamlarda vә mәnzillәrdә körpülәr vә
karvansaralar tikilsin vә hәr vilayәtdә şәfaxanәlәr qayrılsın vә mәdrәsәlәr
açılsın vә susuz yerlәrә su çıxarılsın, dullara vә yetimlәrә vә şillәrә vә kor-
lara ianәt vә himayәt göstәrilsin vә vilayәtlәrdә hәr bisәrüpa özbaşına özünü
ülәma silkinә daxil etmәsin, bu xüsusda mollabaşıdan icazәt istәsinlәr vә
sinfi-ülәma hәr yerdә xalqın ehtiyacına kifayәt edәn miqdardan ziyadә ol-
masın vә külli-ülәmaya güzәran kifafınca xәzineyi-amirәdәn vәzifә qәrәrdad
etdi ki, sәltәnәtә möhtac olub әrbabi-mәnasibi xidmәti-şahidә әhli-zәlәmә xitab
etmәsinlәr vә әmri-mürafiәni ki, sәltәnәtin ümdә lәvazimatındadır, ülәmanın
әlindәn alıb әrbabi-mәnasibin sülәhasına vagüzar elәdi ki, millәt mürafiә
cәhәtindәn özlәrini ülәmaya möhtac görüb ancaq oları mәrcә bilmәsinlәr
vә sәltәnәtdәn uzaq düşmәsinlәr vә buyurdu ki: vücuhi-bәrr hәr yerdә
sülәhadan dörd nәfәrә müntәqil olub vilayatın füqәrasına dәftәr üzü ilә sәrf
olunsun vә hesabı divana göstәrilsin; ta ki, füqәranın bәzi vücuhi-bәrrdәn
bәhrәyab olub, bәzisi mәhrum qalmasın vә әmr etdi ki, xüms vә imam malı
verilmәsin ta övladi-rәsul-әleyhüssәlam zillәti-sualdan azad olub sair xalq
kimi öz kәsblәri ilә vәchi-mәişәt tәhsil etsinlәr.

Bu xüsusda mötәbәr ülәma Yusif şaha kütubi-fiqhdәn fitvalar çıxardıb
göstәrdilәr. Vә vilayәtlәrә elamnamәlәr göndәrdi ki, bundan sonra bir
kimsәnә cürәt etmәsin ki, şaha vә ümәnayi-dövlәtә vә çakәrani-dәrgaha
   41   42   43   44   45   46   47   48   49   50   51