Page 48 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 48
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

әql vә fәrasәtindәn vә qaideyi-cahandarlığından elçi vә әmәlәsi vәcd etdilәr.
Bilkülliyyә mәramlarına nail olub tühәf vә hәdaya ilә mürәxxәs oldular vә
kәmali-rizamәndlikdә müavidәt elәdilәr.

Yusif şahın cülusundan bir hәftә keçdi. Hәr gün onun hәsәnatından vә
әdalәtindәn növ-növ әlamәtlәr xalqa zahir olurdu. İran üçün әyyami-fi-
ruzluq, әyyami-sәadәt vә iqbal üz verdi. Lakin çifayda, bәni-növi-bәşәr heç
vaxt yaxşı günә dözmәz. Bizim babamız Adәmә vә anamız Hәvvaya cәn-
nәtdә nә әksik idi ki, genә Allahın әmrini sındırdılar vә cәnnәtdәn qovuldular?
İnsan belәdir!

Әhli-Qәzvin hәr gün qәlә qapılarından adam şaqqalarını asılmış gör-
mәdilәr vә şah meydanında cәlladların adam şaqqalamaqlarını vә dardan
asmaqlarını vә göz çıxarmaqlarını müşahidә etmәdilәr. Bu keyfiyyәt olara
xeyli qәrib göründü. Әvvәl dedilәr ki:

“Görünür, bu tәzә padşah çox rәhmli vә helmli adamdır!”
48 Sonra onun rәhminә vә helminә bәhslәr varid etdilәr. Bunu süst-rәyliyә

vә zәifülmizaclığa hәml qıldılar. Bundan әlavә, dәxi Yusif şahda hezar günә
özgә eyblәr tapdılar. Müxtәsәri-kәlam bir belә ziyadә rәhmli padşahın tәhti-
әmrindә zindәkanlıq etmәk nәhayәt dәrәcәdә mәlal-әfza göründü.

Ümәnayi-mәzul xalqın bu növ niyyәtini istinbat etdilәr vә onu qәnimәt
bilmәyә fürsәti fövt etmәdilәr. Hәr birisinin başına şuriş vә tuğyan xәyalı
düşdü vә tezliklә Qәzvindә şurişi-әzim bәrpa oldu. Şurişin әvvәlimci sәbәbi
mәzul miraxur idi ki, küçәdә köhnә xәzinәdara rast gәlib, ona yoldaş olub
soruşdu:

– Sәn Allah, Mirzә hәbib, de görüm, xalq bizim tәzә padşahımızın
haqqında nә danışır?

Mirzә Hәbib cavab verdi ki:
– Xalqın tәzә padşahdan zәhlәsi gedir. Onu süstrәy vә bikarә bilirlәr.
Miraxur:
– Vallah, Mirzә Hәbib, xalq bizdәn әqillidir. Doğru deyirlәr. Sәn Allah,
bu necә әhmәqlik idi ki, biz elәdik? Bir sәrraci-birütbәni gәtirib özümüzә
padşah qayırdıq, başımıza bәla açdıq. Qulluğumuzun vә ixlasımızın
әvәzindә mәnsәbimizi dә әlimizdәn aldı. İndi vilayәt içindә bir itcә abrumuz
yoxdur. Vallah, belә rusvaylıq olmaz ki, biz tutduq...
Xәzinәdar:
– Mәgәr biz onu padşah elәdik! Şah Abbas belә buyurdu; carәmiz nә
idi?
Miraxur:
– Xub, Şah Abbas o vaxt padşah idi, hökmü bizә rәvan idi. İndi ki, Şah
Abbas yoxdur, aya bizә nә manedir ki, bu mәlun vә bidini ki, deyirlәr tәna-
   43   44   45   46   47   48   49   50   51   52   53