Page 50 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 50
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

әşxasi-sahib qüdrәt vә aşkara onun bәdxahları idilәr, mәnzur edirdi. Ona
binaәn cülusunun ibtidasında ehtiyat yolundan lazım bilib oları hәbsә
saldırdı. Amma mәhlәkә özgә tәrәfdәn açıldı.

Bu halda Yusif şahın dәxi hәvaxahları xәbәrdar olub müsәllәh vә kәsrәt
vә izdiham ilә sәrayi-şahiyә anәn-fәanәn üz qoymağa başladılar. Müfәttinlәr
ilә müqabil durub nәsihәt vә mövizәyә şüru etdilәr ki, bu hәrәkәti tәrk
etsinlәr; fayda-pәzir olmadı; iş islah vә müdaradan keçdi; başladılar bir-
birlәri ilә atışmağa vә cәng etmәyә. Qiyamәt bәrpa oldu.Hәr iki tәrәfdәn
baş vә candan keçmәyә müzayiqә etmәdilәr. İş atışmaqdan ötüb şәmşir vә
xәncәr ilә bir-birlәrinә hәmlә etmәyә çatdı. Qan su yerinә axdı.

Üç saat yarım kәmali-şiddәtlә cәng tul tapdı. Hәr iki tәrәfdәn altı min
nәfәrә qәrib hәlak vә zәxmdar oldu. Aqibәt asari-zәf vә inkisar Yusif şahın
hәvaxahları tәrәfindәn müşahidә olundu; çünki hәqnaşinas xalq peydәrpey
şәhәrdәn çıxıb, müffәtinlәrin dәstәsinә qoşulub kәsrәt vә qüvvәlәrinә bais
50 oldular. Ona binaәn Yusif şahın hәvaxahları şikәst tapıb hәr kәs bir növ ilә
başın mәrәkәdәn qıraq çәkdi, canın qurtardı.

Müfәttinlәr hücum edib sәrayi-şahinin qapıların sındırdılar, içәri daxil
olub Yusif şahı axtardılar, tapmadılar. Yusif şah itkin oldu. Kimi söylәdi ki,
cәng zamanında öz hәvaxahlarının dәstәsinә qoşulub özünün hüzurilә oları
cәngә dәlir edirdi, әsnayi-cәngdә mәqtul oldu, kimi dedi ki, gizlәnib, aralıq-
dan çıxıb, gözdәn itkin düşdü.

Xülasә, mәqtulların arasında onun nәşi görünmәdi. Fәәmma bir başqa
yerdә dәxi bu gündәn sonra onu nişan verәn olmadı. Müffәtinlәr sәrayi-şahini
qarәt etdilәr. Oradan töküldülәr bazara: tamam dükanları vә karvansaraları
taladılar. Oradan çıxıb cühud vә ermәni küçәlәrinә aşdılar: hamısının evini
dağıdıb tarac etdilәr, әnva-әnva biәndazәlik vә şәrarәt әmәlә gәtirdilәr.

Gün batdı. Hәr kәs öz evinә vә mәnzilinә qayıtdı. Şuriş vә qovqa sakit
oldu.

Sabahı gün rüsayi-şuriş tezdәn Әrkә rәvanә oldular. Sәrdar Zaman xanı
vә vәzir Mirzә Möhsünü vә müstövfi Mirzә Yәhyanı vә mövlana Cәma-
lәddini vә münәccimbaşını hәbsdәn çıxardıb, güzarişi nәql edib soruşdular:

– İndi Sәfәviyyә nәslindәn hansı şahzadәni tәxtü-taca sәzavar
görürlәr?

Mövlana Cәmalәddin dedi ki:
– Siz Allah, deyin görüm bu gün ayın neçәsidir?
Miraxur cavab verdi ki:
– Bu gün Novruzdan on altı gün keçibdir.
Mövlana bәşaşәt zahir edib dedi ki:
   45   46   47   48   49   50   51   52   53   54   55