Page 52 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 52
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Cәlil Mәmmәdquluzadә
(1866-1932)

52

Yazıçı, dramaturq, ictimai xadim. Mәşhur “Molla
Nәsrәddin” әdәbi mәktәbinin yaradıcısı. 1887-ci ildә
Qori Müәllimlәr Seminariyasını bitirib. Yaradıcılığının
erkәn dövründә “Çay dәstgahı” adlı alleqorik mәnzum
dramını, “Kişmiş oyunu” mәzhәkәsini, bir qәdәr sonra –
1896-cı ildә “Danabaş kәndinin әhvalatları” povestini
qәlәmә alıb. Nәşrә 1906-cı ildә başlamış “Molla
Nәsrәddin” jurnalı ilә Azәrbaycanda, elәcә dә türk-
müsәlman dünyasında satirik jurnalistikanın әsasını
qoyub. “Usta Zeynal”, “Poçt qutusu”, “İki alma”,
“İranda hürriyyәt”, “Qurbanәli bәy”, “Pirverdinin
xoruzu”, “Quzu” kimi klassik hekayәlәrin, “Ölülәr”,
“Dәli yığıncağı”, “Anamın kitabı” kimi ölmәz dram
әsәrlәrinin, yüzlәrlә felyetonun müәllifidir. Әsәrlәrinin
motivlәri әsasında “O olmasın, bu olsun” “Poçt qu-
tusu”, “Quzu”, “Qәm pәncәrәsi”, “Qurbanәli bәy”,
“Nigarançılıq”, “Lal” adlı tammetrajlı bәdii filmlәr vә
film-tamaşalar çәkilib.
   47   48   49   50   51   52   53   54   55   56   57