Page 38 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 38
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

müraciәt etdi. Zira ki, bu şәhәr paytaxt olduğu üçün onun sәnәtinin rәvacı
burada artıq görünürdü.

Qәzvinә varid olandan sonra tәәhhül ixtiyar edib dükan açdı, öz kәsbi
ilә özünü vә әyalını saxlamağa mәşğul oldu. Çünki bir mәrdi-sәlimünnәfs
vә nikukar idi, hәmişә ülәmanın vә әrbabi-mәnasibin hәrәkәti-naşayistәsi
onun xatirinә toxunub, oların zәmmindәn vә zәrbindәn dilini saxlamağa
qadir ola bilmirdi. Әgәrçi bu növ cangüdazlıq ona sadiq vә xeyrәndiş dostlar
bәhәm etdi, nәhayәt, axırda bәdbәxtliyinә bais oldu.

Sabahı gün şahın buyruğu ilә günortaya iki saat qalmış tamam әyan vә
әşraf vә әrkani-dövlәt vә ülәma vә sadat vә cümlә әrbabi-mәnasib, kәt-
xudadan tutmuş vüzәrayadәk dәrbari-şahidә hazır olub, hәr kәs öz yerindә
durub kәmali-sükut vә biistehzarlıq ilә şahın hüzuruna müntәzir idilәr. Bu
halda şah başında tac vә әlindә cәvahir nişan toppuz, qolunda cәvahir
38 bazubәndlәr, belindә kәmәr vә şәmşiri-mürәssә zahir olub dәrbar otağında
ki, bir arşın yerdәn rüfәtli vә xalqa baxan tәrәfi bilmәrrә açıq vә bihaildi,
tәxtә çıxıb oturdu vә üzün hüzzari-dәrbara tutub xitab elәdi:

– Cәmaәt, imdi yeddinci sәnәdir ki, mәn cәnabi-әqdәsi-ilahinin
mәşiyyәti ilә sizә padişaham vә bәqәdri-imkan sizin hәr birinizә nәvaziş vә
mәrhәmәt göstәrmişәm vә sizdәn dәxi çox razı vә xoşnudam; çünki
Sәfәviyyә ocağına olan iradәt sәbәbi ilә hәmişә mәnә ixlas vә sәdaqәt gös-
tәribsiniz. İndi bir para sәbәblәrә görә ki, kәşfini mәn sizә lazım görmürәm,
mәn mәcburam ki, sәltәnәtdәn әl çәkib tәxtü-tacı bir kimsәnәyә vagüzar
edim ki, bu rütbәyә mәndәn әlhәq vә şayistәdir.

Haman şәxsi mollabaşı vә sәrdar Zaman xan vә vәzir vә müstövfi vә
mövlana Cәmalәddin vә münәccimbaşı sizә göstәrәcәklәr. Gәrәk küllәn
gedib kәmali-şükuh vә tәntәnә ilә onu gәtirib, bu tәxtin üstündә oturdub,
müstәqillәn özünüzә padişah bilәsiniz. Vay o kimsәnin halına ki, mәnim
fәrmayişimdәn tәxәllüf edib, o şәxsin itaәtindә qüsur göstәrә!

Şah bu sözlәri tamam edib, tacı başından götürüb tәxtin üstünә qoydu
vә tamam libasi-faxirini soyunub, şәmşir vә kәmәrini açıb, bir mündәris
libas әyninә geydi vә xalqa mütәvvәcceh olub dedi ki:

– İndi mәn әfradi-nasdәn bir mәrdi-fәqirәm: Abbas Mәhәmmәd oğlu.
Dәxi mәni axtarmayın ki, görә bilmәzsiniz! Xudahafiz! – deyib, tәxtdәn
düşüb hәrәmxanaya rәvanqә oldu.

Hüzzari-mәclis heyran qaldılar. Bilmәdilәr ki, bu keyfiyyәti nәyә hәml
etsinlәr...

Hәrәmxanәdә cümlә hәrәmlәr şahın fәrmayişi ilә bir otağa hazır olub
qüdumuna müntәzir idilәr. Şah mündәris libasda haman otağa daxil oldu.
   33   34   35   36   37   38   39   40   41   42   43