Page 132 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 132
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Әli Vәliyev
(1901-1983)

132

Xalq yazıçısı, Sosialist Әmәyi Qәhrәmanı. “Qırmızı Әmәk
Bayrağı”, “Oktyabr İnqilabı”, Lenin, “Şәrәf Nişanı” ordenlәri
vә SSRİ Ali Soveti Rәyasәt Heyәtinin Fәxri Fәrmanı ilә tәltif
edilib. 1931-ci ildә Azәrbaycan Dövlәt Darülfünununun Peda-
qoji fakültәsini bitirib. Әdәbi fәaliyyәtә tәlәbәlik illәrindә
başlayıb. 1933-1941-ci illәrdә “Şәrq qapısı” qәzetinin redaktoru
olub. 1950-1954-cü illәrdә Yazıçılar İttifaqının mәsul katibi,
1959-cu ildә “Azәrbaycan” jurnalının, daha sonra “Kommu-
nist” qәzetinin baş redaktoru vәzifәlәrindә çalışıb. “Gülşәn”,
“Samovar tüstülәnir”, “Qarlı dağlar”, “Ürәk dostları”, “Cәbhә
hekayәlәri”, “Sübut”, “Bir cüt ulduz”, “Bir cüt tәrlan”,
“Çiçәkli”, “Anaqız”, “Qәnirsiz gözәl”, “Turaclıya gedәn yol”,
“Durna qatarı”, “Qәhrәman”, “Budağın xatirәlәri”, “Zamanın
ulduzları”, “Narahat adam”, “Ötәn günlәr” kimi onlarla
roman, povest vә hekayәlәr müәllifidir. Әsәrlәri bir çox dillәrә
tәrcümә edilib. 1950-ci ildә yazdığı “Gülşәn” povestinin
motivlәri әsasında S.Hacıbәyovun bәstәlәdiyi eyniadlı balet
Azәrbaycan Opera vә Balet Teatrının, 1953-cü ildә isә Ә.Nәvai
adına Daşkәnd Böyük Teatrının sәhnәsindә tamaşaya qoyulub.
1952-ci ildә әsәr SSRİ Dövlәt mükafatına layiq görülüb.
   127   128   129   130   131   132   133   134   135   136   137