Page 135 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 135
i Vÿliyevè

Mәnә müraciәtlә dedi: 135
– Zәhmәt çәk, çıx sürahının üstünә, min ata.
Dediyinә әmәl elәdim.
Abıhәyat xala tez xurcunu atın üstünә aşıra-aşıra dedi:
– Sәn sol ayağını xurcunun boş gözünә sal, var gücünlә saxla, atı birbaş
sür “Yamac bulağa”. Mәn sәnәyi bulaqdan doldurum, gәtirib salım xurcu-
nun boş gözünә, atın başın boşla, bir dә görәcәksәn, әkinlәrin düzündәsәn.
Bu sözlәri deyә-deyә o, bulağa sarı getdi, mәn atı yavaş-yavaş onun dalınca
sürdüm.
Gün xeyli qalxmışdı. Yәni kәndә gәldiyimdәn azı bir saat ötmüşdü.
Çox keçmәmiş öküzlәrә ot vermәli, cütcülәr günorta yemәyinә başlamalı
idilәr.
Bizim kәnddә bulaq çoxdur, hamısının da adı vardır. Mәşhurlarının,
suyu loğman olanlarının adını çәkәcәyәm. Yeddi Novlu, İki Gözlü, Güllü
Cahan, Әlimәrdan bulağı, Arzu bulağı, Soyuq bulaq, Yamac bulaq, Qay-
nama bulaq.
Kәndimizin әbәdi keşikçisi sayılan Qızıl qayanın döşündәn çıxıb kәnd
aşağı cövlan edәn – Yamac bulaq gur sulardan sayılır. Su qayanın altı ilә
gәlib sal daşların üstündәn tökülәndә rәnginә baxmaq, sәsini dinlәmәk,
şırıltısından hәzz almaq istәyirsәn.
Abıhәyat xala mis sәnәyi hәmin bulaqdan doldurub qayıtmalı, dolu
sәnәyi xurcunun boş gözünә qoyub mәni yola salmalı idi.
Yayda naxırı kövşәndәn kәndә gәtirib hәmin bulaqdan suvarar,
yaxındakı söyüd ağaclarının altında gün әyilәnә qәdәr saxlardıq. Söyüd
ağacları ilә bulağın arasına daşdan hasar çәkildiyindәn, mәn söyüdlәrin
böyründә gözlәyirdim.
Abıhәyat xaladan sәs-soraq eşidilmirdi. Qıçımı xurcunun gözünә salıb
var gücümlә ayağımı xurcuna dirәmişdim.
Az qalırdı qıçım qırılsın. Gün günorta yerinә qalxdı. Acından sәrfәm
qarışırdı. Başım bәrk ağrıyırdı. Tәrslikdәn bu arada adam gözә dәymir,
gedib-gәlәn qәhәtә çıxmışdı.
Bulaq mәndәn aralı idi. Çağırsaydım, sәsim çatmazdı. Birincisi, aramız
uzaq idi, ikincisi dә suyun sәsi әtrafa yayılmışdı.
Altımdakı heyvan da bir yerdә çox dayandığından cana doyub hәrdәn
ayaqlarını yerә döymәyә başladı.
Sәhәr ertә hava soyuq idi. Sonra әmәlli-başlı düzәldi. İndi isә hava
yenә dә sәrinlәmәyә başlayır. Çünki gün günortadan әyilirdi.
Kәndimizin qabağındakı “Tәnәzzül dağının” kölgәsi “Ağ düz” deyilәn
yerә adlayırdı.
   130   131   132   133   134   135   136   137   138   139   140