Page 133 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 133
ßli Vÿliyev

Vasvası

Әlli beş il әvvәl, yәni on yeddi yaşlı cavan olduğum vaxt başıma 133
gәlmiş әhvalatı danışmaq istәyirәm. Kәndimiz dağların
әtәyindәki gül-çiçәyin arasındadır, qabağından Bazar çayı
axırdı. Güzәranımız ağır, yaşayışımız çәtin olsa da, әkinçilikdәn usanmır,
çalışmaqdan yorulmurduq.
Әkin üçün yararlı olanlar bunlar idi: öküz, qayış, gavahın. Hәr kәsin
bir öküzü cütә qoşulurdusa, iki avacası olurdu. Bu o demәk idi ki, bir
öküzün müqabilindә iki gün onun yeri şumlanmalı idi. Dörd boyun öküzә
çatan qayış üçün iki avaca düşürdü.
Kәndimizdә yaxşı tanıdığım, xatirimi hәdsiz istәyәn İsfәndiyar kişi ilә
birlikdә cütә gedirdim. İki öküzümüz cütә qoşulur, dәdәmin Bakıdan
gәtirdiyi zәncir qayışı әvәz edir, özüm isә “әlaltı” adlanan öküzlәrin boy-
nuna minib dörd öküzü vәr başına çatdırmaq üçün müxtәlif hәrәkәtlәr edir,
cürbәcür mahnılar oxuyur, bayatı vә holavar çağırırdım. Müqabilindә isә
sәkkiz avaca qazanıb yer şumladır, toxum sәpdirir, qonşudan geri
qalmamağa çalışırdım.
Cütçüklükdә belә qayda var idi: kimә işlәyirdiksә sәhәr vә günorta
yemәyini iş yiyәsi vermәli, cütә qoşulan sәkkiz öküz üçün dörd bağ yonca
kövşәnә gәtirmәli, heyvanlar yemәli idi.
Dәdәm Bakıda neft mәdәnlәrindә fәhlәlik elәdiyindәn ailәni dolan-
dırmaq, çörәk qazanmaq mәnim üzәrimә düşmüşdü.
İsfәndiyar kişiyә “dayı” deyirdim. O, mәni “bacıoğlu” çağırırdı.
İsfәndiyar kişinin xasiyyәti hәlim, danışığı yumşaq, sözlәri yatımlı
olduğundan sözündәn çıxmır, “bәli”, “ xeyr”, “baş üstә”dәn başqa cavab
qaytarmırdım. İsfәndiyar dayının arvadını Abıhәyat çağırırdılar. Ortayaşlı,
tәbiәtәn gözәl, incәbel bir arvad kimi kәnddә barmaqla göstәrilirdi. Uşaqları
südәcәr olduğu üçün zarafata salıb, “xәlbiraltılar ara vermәdәn artır”
deyәndә İsfәndiyar kişi söz altında qalmayıb toxtaq-toxtaq cavab qaytarırdı:
– Görünür, әrlә-arvad arasında söz birliyi yoxdur.
İsfәndiyar kişinin kövşәnindә yer әkirdik. Sübh tezdәn öküzlәri
dәhmәrlәyib “Әkinlәr düzü” deyilәn yerә apardıq. Kәhәr madyana sәkkiz
bağ yonca yüklәyib yedәyimizә aldıq. Birbaş әkin yerinә gәldik. Macәl vә
hodaqlar işә başladı. Hodaqlar öküzlәri qoşdular. Macәl gavahını yerinә
salıb, iri daşla bir neçә dәfә vurub bәrkitdi.
   128   129   130   131   132   133   134   135   136   137   138