Page 99 - design_Topcubashov_Full_Layout 1
P. 99
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
vәtәndaşı ilk növbәdә insan hüququnun subyekti kimi tanınır.
Tәbii ki, müsәlmanlar da Rusiyadakı azadlıq hәrәkatının
münbit tәsiri altına düşüblәr. Artıq bütün ictimai qruplara öz
ehtiyacları haqda açıq danışmaq imkanı verәn 18 fevral
(mәtndә belә getmişdir, әslindә, 17 Oktyabr olmalıdır –
Tәrc.) manifestinin ortaya qoyulduğu bir dövrdә, demәk
olar ki, bütün әyalәtlәrin müsәlmanları da hökumәtә petisiyalar
vermәyә başlayıblar. Onlar öz petisiyalarında sosial-siyasi
tәlәblәrini irәli sürürlәr. Müsәlmanların cari ilin avqustunda
Nijni-Novqorodda keçirilәn qurultayında (1905-ci ilin
avqustundakı III müsәlman qurultayı – Tәrc.) belә bir
qәtnamә qәbul edilib: “Rusiyanın bütün әyalәtlәrindә yaşayan
müsәlmanların müasir rus hәyatının ictimai, mәdәni vә siyasi
tәlәblәri zәminindә yaxınlaşmaları zәruridir, zamanın çağırışıdır.
Hәmin vәzifәnin gündәliyә gәtirilmәsi vә hәyata keçirilmәsi
yolunda müsәlmanların mütәrәqqi hissәsi dә qabaqcıl rus
cәmiyyәtinin ideallarına tәrәfdar çıxaraq ölkәdә xalq tәrәfindәn
sәrbәst şәkildә seçilmiş nümayәndәlәrin qanunverici qurum - 99
lar da vә dövlәt idarәçiliyindә birgә fәaliyyәt göstәrmәyinә
tәrәfdardır”.
İşıqlı 17 Oktyabr günü Rusiyada mülki vә siyasi quruluşun
bәrqәrar olacağı ilә bağlı müsәlmanların da ümidlәrini
pәrvazlandıracaq, ictimai şüurun qarşısıalınmaz dalğasını
yara dacaq, ölkәdә mülki vә siyasi azadlıqların sarsılmaz
tәmә linin möhkәmlәndirilmәsi uğrunda mübarizәdә onlara
yaradıcı fәaliyyәt üçün daha böyük güc vә qüvvә verәcәk.
“Каспий”, № 216, 9 oktyabr 1905-ci il.