Page 94 - design_Topcubashov_Full_Layout 1
P. 94
Əlimərdan bəy Topçubaşov
Eyni zamanda etiraf etmәliyәm ki, “Şәrqi-rus”un üzәrinә
götürdüyü vәzifәni bundan sonra layiqincә yerinә yetirәcәyinә
әn yaxşı vә әn etibarlı tәminat әmәkdaşımız Әhmәd bәy
Ağayevin onun işindә yaxından iştirakıdır.
Әhmәd bәy Ağayevin iştirak sәviyyәsi “Şәrqi-rus”un
redaksiya mәsәlәlәrini vә nәşrin gündәlik işlәrini әhatә
edәcәk.
“Kaspi”nin oxucuları cәnab Ağayevi yaxşı tanıyırlar.
Hәm dә publisist fәaliyyәti ilә o qәdәr yaxından tanışdırlar
ki, bu barәdә danışmağa, әlavә mәlumat vermәyә heç bir
lüzum qalmır.
Onun dәrin biliyi, vәzifә borcuna sonsuz mәhәbbәti,
müdafiәsinә qoşulduğu mütәrәqqi ideyalarla bağlı canlı,
enerjili qәlәmi yeni anadilli qәzetin müsәlmanların maarifi
vә tәrәqqisi yolunda әzmlә irәlilәyәcәyinin, onlar üçün
yaşadıqları gerçәk hәyatın bütün tәlәb vә çatışmazlıqları,
bütün sevinc vә kәdәrlәri ilә mövcudluğun güzgüsünә
94 çevrilәcәyinin sarsılmaz tәminatıdır.
Amma gәrәk qәtiyyәn unutmayaq ki, “Şәrqi-rus” sadәcә
bir qәzetdir, üzәrinә düşәn yüksәk vәzifәni layiqincә yerinә
yetirә bilmәsi üçün ona müsәlman cәmiyyәtinin arasıkәsilmәz
yardımı zәruridir. Qeyd olunan yardım isә hәm maddi, hәm
dә mәnәvi sәciyyә daşımalıdır.
İnanırıq ki, müsәlmanlar kömәyini әsirgәmәyәcәk vә bu
yolla da hәr şeydәn öncә vә ilk növbәdә özlәri üçün son
dәrәcә zәruri olan tatar dilindә qәzetin mövqelәrini
möhkәmlәndirmәsinә, müsәlman cәmiyyәti qarşısındakı
vәzifәsini yerinә yetirmәsinә imkan yaradacaqlar. Biz özümüzә
yeni mәnәvi qardaş saydığımız “Şәrqi-rus”a bu yolda uğurlar
arzulayırıq.
“Каспий”, № 18, 23 yanvar 1905-ci il.