Page 90 - design_Topcubashov_Full_Layout 1
P. 90
BAKIDA TATAR DİLİNDӘ QӘZET
әhәrimiz yeni mәtbu orqanla zәnginlәşir: indiyә
qәdәr Tiflisdә tatar dilindә nәşr edilәn “Şәrqi-
81
Şrus” Bakıya köçür.
Bilindiyi kimi, qәzet hәm dә naşiri olan Mәhәmmәd ağa
82
Şahtaxtinskinin redaktorluğu ilә 1903-cü ilin martından
çıxmağa başlayıb.
Yerli dildә yeni mәtbu nәşrin meydana gәlmәsi bәlli
sәbәblәrә görә böyük sәbirsizliklә gözlәnirdi. Bu, tәbii ki,
ilk növbәdә mәtbuatın xalqın maariflәnmәsi işindәki әvәzsiz
rolu ilә bağlıdır.
Bizim müsәlmanların mәdәni geriliyinә baxmayaraq,
әslindә, fikrimizi daha dәqiq etsәk, mәhz hәmin gerilik
sәbәbindәn onlardan ötrü öz dillәrindә qәzet nәşrinin vacibliyi
90 vә zәruriliyi çoxdan hiss olunurdu. Son vaxtlar isә bu tәlәbat
özünü getdikcә daha tәkidli şәkildә büruzә vermәyә başlamışdı.
Qafqaz müsәlmanları mәdәni inkişaf baxımından özlәrini
xeyli qabaqlamış xalqlarla qonşuluqda yaşayırlar. Tәbii ki,
müasir mәrhәlәdә bizim müsәlmanlar da daxili vә xarici
әlaqәlәr nәticәsindә hәyatın yeni axın vә tәmayüllәrinin
sәmәrәli tәsirinә mәruz qalırlar. Bu sәbәbdәn müsәlmanlar,
ilk növbәdә isә onların ictimai şüura malik hissәsi indiyә
qәdәr anadilli mәtbu orqanın mövcud olmaması sәbәbindәn
xalq kütlәlәrinin tәrәqqisinә ciddi maneә yarandığını başa
düşmәmiş deyildilәr. Hәmişә, hәr yerdә, әn başlıcası isә
yalnız ziyalı, açıqfikirli müsәlmanlardan deyil, hәr kәsdәn,
hamıdan eşidirdik ki, yerli dildә mәtbuat әrsәyә gәlmәyәnә
qәdәr istәr hökumәtin, istәr cәmiyyәtin, istәrsә dә ayrı-ayrı
şәxslәrin maarifin yayılması ilә bağlı xeyirxah tәşәbbüslәrinin
heç biri arzu olunan nәticәlәri vermәyәcәk. Çünki mahiyyәt
etibarilә belә tәşәbbüslәrin toxumları faydalı sayılsa da,