Page 93 - design_Topcubashov_Full_Layout 1
P. 93
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Lakin çox tәәssüf ki, hәm biz, hәm dә mәtbuat hәvәskarı
olan müsәlman cәmiyyәti tezliklә ruh düşkünlüyünә qapıldıq.
Cәnab Şahtaxtinskinin rәhbәrliyi altında nәşr olunan, üstәlik
dә bu qәdәr arzulanan, yolu sәbirsizliklә gözlәnәn qәzetin
ümidlәri qәtiyyәn doğrultmadığı aşkara çıxdı. Öz növbәmizdә
biz dә bunu mәtbuat vasitәsi ilә açıqlamaq mәcburiyyәtindә
qaldıq. Doğrudur, yeni qәzetin yalnız yerli hәyat faktlarını
işıqlandırmasına ciddi etiraz bildirmәmişdik. Bizim nәzәrimizdә
daha çox narahatçılıq doğuran mәsәlә onun ilk gündәn
seçdiyi yol idi. Hәmin yolun, hәmin dәstxәtin isә elә başlanğıc
mәrhәlәdәn müsәlman cәmiyyәtinin ayıq, açıq fikirli
zümrәsinin ictimai-siyasi meyillәri ilә uyğun gәlmәdiyi heç
kimә sirr deyildi. Biz dә bu faciәli yanlışlığı diqqәtә çatdırmaq
mәcburiyyәtindә qaldıq. Sәhvlәr üzәrindә durmayacağıq.
Düşünülmüş çap siyasәtinin olmaması, cәnab Şahtax -
tinskinin redaksiyanın ünvanına göndәrilәn yazıların hamısını
heç bir seçim aparmadan, ağına-bozuna baxmadan qәzetinin
93
sәhifәlәrinә doldurması üzәrindә durmayacağıq. Müsәlman
cәmiyyәtinin tamamilә haqlı olaraq cәnab Şahtaxtinskinin
nәşrinә göstәrdiyi soyuq münasibәt, habelә onun rәhbәrliyi
altında mәtbu orqan kimi “Şәrqi-rus”un uğradığı müvәf -
fәqiyyәtsizlik sözlәrimizә әn yaxşı dәlil-sübut sayıla bilәr.
Tәbii ki, cәnab Şahtaxtinskinin qәzetin istiqamәtinin
köklü şәkildә dәyişәcәyi ilә bağlı son bәyanatı meydana
çıxmasaydı, biz belә bir nәşrin Bakıya köçürülmәsini
alqışlamaqda çәtinlik çәkәrdik.
Xatırlatdığım bәyanat “Şәrqi-rus”un sәhifәlәrindә dәrc
olunub. Burada cәnab Şahtaxtinski keçmiş sәhvlәrini etiraf
edir. Fikrimcә, bu sәmimi etiraf ona baş ucalığı gәtirir.
Bütünlükdә, buraxılan sәhvlәri, xüsusәn dә belә tәsadüflәrdә
yol verilәn yanlışlıqları etiraf etmәk heç vaxt gec deyil.
Cәnab Şahtaxtinskinin birmәnalı bәyanatına inanmamağa
heç bir әsasımız yoxdur.