Page 98 - design_Topcubashov_Full_Layout 1
P. 98
Əlimərdan bəy Topçubaşov
fikirlәrini başqaları ilә bölüşdüyü, müştәrәk fәaliyyәt üçün
oxşar düşüncә sahiblәri ilә bir araya gәldiyi, ümumi düşmәnlә
mübarizәdә ittifaq qurduğu, ölkә qanunvericiliyinә öz
töhfәlәrini verdiyi, hökumәtin addımlarına nәzarәt etdiyi
zaman nә qәdәr böyük güc sahibinә çevrildiyini anlamaya
bilmәz.
Belә bir fәaliyyәtә qarşı müsәlmanların dünyagörüşündә,
dinindә, elәcә dә islam şәriәtindә hansısa maneәnin
mövcudluğu haqda söhbәt gedә bilmәz.
“Kaspi” qәzetinin sәhifәlәrindә bu barәdә artıq dәfәlәrlә
danışılıb: tez-tez tәsadüf etdiyimiz araqarışdırıcı fikirlәrә
baxmayaraq, Mәhәmmәdin dini öz ehkamlarında sülh,
xeyirxahlıq, mәhәbbәt vә әdalәtin böyük prinsiplәrinә
әsaslanır. Yüksәk humanizmә malik etik başlanğıc islam
dinindә insanların birgәyaşayışının tәmәl daşını tәşkil edir,
hәr bir müsәlman üçün onun gündәlik hәyatına rәhbәrlik
sәciyyәsi daşıyır. Dini vә sosial vәtәndaşlıq qaydalarının
98 mәcmusundan ibarәt şәriәt dә hәmin prinsiplәrdәn çıxış
edir. Şәriәtdә islamın ardıcılları üçün yalnız dinin ehkamları
ilә bağlı mәsәlәlәrә aydınlıq gәtirilmir, mülki-hüquqi vә
sosial münasibәtlәrin tәnzimlәnmәsi üçün dә qaydalar ortaya
qoyulur. Hәm dә onlar hәyatın tәlәbi ilә daimi tәkamül
prosesindә olurlar.
Müsәlmanlar üçün yeni sosial-siyasi quruluşun әsaslarını
mәnimsәmәk yolunda әn ciddi maneә bütünlükdә müasir
proseslәrә hazırlıqsız yaxalanmaları vә ümumi mәdәni gerilik
sayıla bilәr. Tәәssüf ki, qeyd etdiyimiz mәqamda Rusiyanın
sadә xalq kütlәlәri bir-birindәn, ümumiyyәtlә, çox az
fәrqlәnirlәr. Mövcud vәziyyәt isә onların günahı ucbatından
yaranmayıb. İndiyә qәdәr müsәlman xalq kütlәlәrinә dә
digәrlәri kimi çörәk әvәzinә daş verirdilәr. Mәdәni-mәnәvi
vә iqtisadi inkişaflarının qarşısını hәr vasitә ilә alırdılar. İndi
isә artıq işıqlı dövr başlanır. Bu dövrdә hansı dinә, yaxud
millәtә mәnsubluğundan asılı olmayaraq, Rusiyanın hәr bir