Page 101 - design_Topcubashov_Full_Layout 1
P. 101

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           ruhun bәdәnlә, bütün yaramaz insan ehtiraslarının, vәhşi
           instinktlәrin mәhәbbәt vә hәqiqәtin böyük prinsiplәri ilә
           savaşıdır. Hәr müsәlman özünü belә mübarizәdә sınamalı,
           möhkәmlәndirmәli, bu yolla ruhun bәdәn üzәrindә qәlәbәsini
           tәmin etmәlidir. Belә daxili mübarizә hәmişә xeyirin şәrә,
           işığın qaranlığa zәfәr çalmasına imkan yaradır.
               Bütünlükdә hәyata asketik münasibәtә yad olan islamın
           qazandığı bu tipli qәlәbәlәr insanı özünütәkmillәşdirmәyә
           aparan yeganә hәqiqi yoldur. Vә o müsәlman xoşbәxtdir ki,
           bәdәnlә ruhun mübarizәsindәn mәnәn qalib çıxır, Orucluq
           bayramını bu sözlәrlә qarşılamaq haqqı qazanır: “Ramazan
           ayının otuz günü әrzindә yalnız gündüzlәr yeyib-içmәkdәn
           imtina ilә mәhdudlaşmadım, hәm dә Yer üzündә mәhәbbәt
           vә hәqiqәtin böyük qanunlarını pozmadan, kimsәyә pislik
           etmәdәn, әyri yollara baş vurmadan ailәm vә cәmiyyәt
           arasında hәqiqi insan, hәqiqi vәtәndaş kimi yaşamağı mәnә
           mәslәhәt görәn vicdanım qarşısında hәrәkәtlәrimi yoxlayıb
           özümü sınaqdan çıxardım”.                                   101
               Bu sözlәri deyә bilәcәk xoşbәxtlәrin sayı çoxdurmu?
               Milyonlarla Rusiya müsәlmanı arasında belәlәri lap azdır.
           Rusiyanın digәr millәtlәri içәrisindә dә bu cür düşünәnlәrin
           sayı o qәdәr çox deyil. Hәm dә әsas sәbәb hәr bir rus
           vәtәndaşının içәrisindә yaşamağa mәcbur olduğu antisosial
           şәrait deyil. Hәtta lәnәtә gәlmiş “yadelli” (“inorodets”) kimi
           dünyaya gәlmәk dә suç sayıla bilmәz. İndi artıq çürüyüb
           heçliyә qovuşmaqda olan polis-bürokratik rejimi başqa
           xalqlarla birlikdә milyonlarla müsәlmanı da elә bir qanunsuzluq
           girdabına, pula satılmış idarәçiliyin vә prinsipsiz mәhkәmәlәrin
           elә bir hüdudsuz özbaşınalığına atmışdı ki, burada fikrin
           hәtta әn cüzi işartıları da mәhv edilirdi. İnsanlarda özünüdәrk
           duyğusu, tәşәbbüskarlıq hissi hәr vasitә ilә boğulurdu. Belә
           şәraitdә qorxudulmuş, milli simasından mәhrum edilmiş
           müsәlmanlar cәhalәt vә ümidsizlik girdabında tam boğulmamaq
           üçün olduqca böyük sәylәr göstәrirdilәr. Onlar “vәtәnpәrvәr
   96   97   98   99   100   101   102   103   104   105   106