Page 104 - design_Topcubashov_Full_Layout 1
P. 104
Əlimərdan bəy Topçubaşov
dә güclü әks-sәda doğuracaq. Çünki onların hökumәtlәri
idarәçiliklәri altındakı xalqların maraqlarını anlamaq, özlәrini
tam mәhvә yuvarlanmaqdan xilas etmәk istәyirlәrsә, idarәçilik
şәklini, dövlәt nizamını mülki vә siyasi azadlıqlar zәminindә
labüd konstitusiya zәmanәti ilә yenidәn qurmalıdırlar. Artıq
qonşu İrandan bu xeyirxah tәsirin әks-sәdası eşidilmәkdәdir.
Peterburq mәtbuat agentliyinin xәbәrinә görә, İran paytaxtında
fars xalqının Tehran hökumәtindәn narazılığı zәminindә
etiraz hәrәkatı baş qaldırmaqdadır. Ruhanilәr isә vәz vә
xütbәlәrindә İrandakı mövcud dövlәt quruluşunun daşını
daş üstündә qoymurlar.
Osmanlıdan eşidilәn әks-sәda da az әhәmiyyәtli deyil.
Türk sultanı Avropa dövlәtlәrinin Makedoniya vilayәtlәrindә
maliyyә nәzarәti aparmalarına qәti etirazını ilk növbәdә türk
xalqının bu alçaldıcı münasibәtә razı olmaması ilә әlaqәlәndirib.
Belә imtinanın öz arxasınca hansı nәticәlәri gәtirmәsindәn
asılı olmayaraq, bizdәn ötrü әhәmiyyәtli olan mәsәlә budur
104 ki, ilk dәfә mütlәq monarxın dilindәn әhalinin razılıq, yaxud
narazılığına istinad barәdә eşidirik. Başqa sözlә desәk, xalqın
iradәsi nәzәrә alınır.
Bütün bunlar hal-hazırda müsәlmanların dirçәliş dövrünün
başlandığını aydın göstәrәn әlamәtlәrdir.
“Каспий”, № 221, 16 noyabr 1905-ci il.