Page 105 - design_Topcubashov_Full_Layout 1
P. 105

YENİ QURBANLAR


                      elizavetpol hadisәlәri ilә bağlı hamımızı sarsıdan
                                         1
                      bәd xәbәrdәn özümüzә gәlmәmişdik ki, bu dәfә
               Ydә Tiflisdәn alınan kәdәrli mәlumat hәr birimizi
           dәrin yas vә әlәmә qәrq edib. Burada da noyabrın 22-dә
           ermәnilәrlә tatarlar arasında axşam saatlarında başlanan vә
           növbәti gün sәhәrә qәdәr davam edәn qanlı qarşıdurma baş
           verib.
               Әslindә, toqquşmaların әn az gözlәnildiyi yer mәhz Tiflis
           idi. Say etibarı ilә tatar әhali burada cüzidir vә böyük şәhәrin
           ictimai hәyatında, demәk olar ki, iştirak etmir. Yalnız son
           zamanlarda tatar ziyalılarından ibarәt kiçik bir dәrnәk
           mütәrәqqi fikirli yerli sakinlәrlә әmәkdaşlıq şәraitindә ictimai
           işlәrә qatılmağa başlayıb. Biz hәmin hadisәyә ürәkdәn
           sevinir, uğurlu addım kimi böyük ümidlә yanaşırdıq.         105
           Düşünürdük ki, bu,  Tiflis tatarlarının azadlıq hәrәkatında
           iştirakının başlanğıcıdır.  Tezliklә bütün müsәlmanlar ona
           qoşulacaqlar.
               Olduqca kәdәrli haldır ki, Tiflis sәmasında peyda olan
           milli әdavәtin qanlı buludları kiçik ümidin yaratdığı sevinci
           kәdәrә çevirdi. Çünki bütün Qafqazın mәrkәzi kimi, bölgә
           xalqlarının ümumi maraqları burada kәsişir vә hәmin
           maraqların, az da olsa, gerçәklәşmәsi üçün  Tiflisdә dinc
           hәyat şәrtlәrinә hәr yerdәkindәn daha böyük ehtiyac var.
           Bakılının yolu heç vaxt Yelizavetpola, yaxud Şuşaya düşmәyә
           bilәr, lakin Tiflisә getmәmәk çoxları üçün qeyri-mümkündür.


           1  Ermәnilәrin fitnәkar hәrәkәtlәri nәticәsindә 1905-ci ilin fevral ayında Bakıda
           başlayan vә demәk olar ki, bütün Cәnubi Qafqaza yayılan ermәni-
           azәrbaycanlı qarşıdurması vә bu zaman rus çarizminin hәrtәrәfli yardımına
           arxalanan ermәnilәrin dinc Azәrbaycan әhalisinә qarşı törәtdiklәri qanlı
           cinayәtlәr nәzәrdә tutulur. (Tәrc.)
   100   101   102   103   104   105   106   107   108   109   110