Page 110 - design_Topcubashov_Full_Layout 1
P. 110

Əlimərdan bəy Topçubaşov


                  günlәrdәn indiki vaxtla nisbәtdә müqayisә edilmәyәcәk
                  dәrәcәdә asanlıqla baş çıxaracaq. Düşüncәlәrimizә hakim
                  kәsilmiş inciklik dolu kәdәri vә dözülmәz ağrıları bir kәnara
                  atıb dövrümüzün türkәçarә hәkimlәri üzәrindә tәrәfsiz
                  mühakimә qurmaq imkanına malik olacaq.
                     Biz isә oxucunun diqqәtini ucqarların halına, başı üzәrindә
                  çoxdan bәri qara buludlar oynaşan әzabkeş Qafqazın
                  vәziyyәtinә cәlb etmәk istәyirik.
                     İmperiyanın digәr bölgәlәri ilә birlikdә vә onlarla bәrabәr
                  şәkildә çağdaş Rusiyanın taleyinә yazılmış bütün zәrbәlәrә
                  tab gәtirәn Qafqaz özünün şәrq hissәsindә baş verәn lokal
                  xarakterli fәlakәt – ermәnilәrlә müsәlmanlar arasındakı qanlı
                  qarşıdurmalara görә daha bәdbәxt vә dәhşәtli vәziyyәtә
                  düşüb. Bәlkә, son vaxtlar mәhvedici qarşıdurmanın yeni
                  tәzahürlәrinә rast gәlinmәmәsi hәr iki qonşu xalqın әn böyük
                  xoşbәxtliyidir! Lakin biz hәlә dә bütün Qafqazı qorxu altında
                  saxlayan, hәr yana dәhşәt saçan, hәr birimizi sabahkı günlә
         110      bağlı narahat, hәyәcanlı anlar yaşamağa mәcbur edәn qorxunc
                  qüvvәnin hәdәfindәn xilas olmuş sayıla bilmәrik. Bu qorxu
                  ürәklәrimizә vә fikirlәrimizә o qәdәr hakim kәsilib ki, onu
                  artıq az qala normal hadisә saymağa başlamışıq. Sәksәkә,
                  hәyәcan, ümidsizliklә dolu narahatlıq – indi әsla ürәk
                  açmayan bu әhval-ruhiyyәni hәr bir Zaqafqaziya sakininin
                  baxışlarından oxumaq mümkündür.
                     Bütün bu müsibәtlәrin bir sonu olacaqmı, ey qadir Allah?!
                     Düşüncәlәrimizin belә dağınıq, daimi sәksәkәdә olduğu
                  vәziyyәtdә fikir yalnız bir sual üzәrindә cәmlәşir; qalan
                  mәsәlәlәr, әlәlxüsus da cari hәyatın hәr gün dәyişәn gur
                  axarı ilә bağlı problemlәr insanlarda heç bir tәәssürat
                  doğurmur. Hәr kәs bütün bunlara atüstü, instinktiv reaksiya
                  verir. İndi bizim Qafqaz müsәlmanlarının böyük әksәriyyәtinin
                  fikir vә düşüncәsinә mәhz belә әhval-ruhiyyә hakimdir.
                  Onlar sanki ortalıqda at oynadan qarşıdurma fәlakәtindәn
                  başqa, bütün digәr mәsәlәlәr haqda ümumәn danışmaq
   105   106   107   108   109   110   111   112   113   114   115