Page 112 - design_Topcubashov_Full_Layout 1
P. 112
İRAN KONSTİTUSİYASI
HAQQINDA
aspi”nin dünәnki sayındakı ziyalı farsla
müsahibә belә әminlik hasil etmәyә imkan
“K verir ki, İranın qәdәm qoyduğu konstitusiya
yolu ölkәdә әvvәldәn sona qәdәr uğurla keçilәcәk.
Şәraitin müsaidliyi hәm dә ona görә ayrıca qeyd
olunmalıdır ki, yalnız xarici deyil, rus mәtbuatı da İran
Konstitusiyası vә Parlamenti 89 haqda yayılan xәbәrlәri
rәğbәtdәn başqa ayrı bir hisslә qarşılamadılar. Hamıya elә
gәlirdi ki, bir neçә ay әvvәl Tehranda fars ruhanilәri vә
tacirlәrinin açıq narazılığının ifadәsi kimi meydana çıxan
hadisәlәr yalnız ayrı-ayrı tәbәqәlәrin etirazı xarakteri daşıyır,
heç bir әhәmiyyәtә malik deyil. Bizim mәtbuat isә qonşu
112 dövlәtdәki hadisәni, inqilab bir yana qalsın, hәtta azadlıq
hәrәkatı adlandırmağa da utanırdı.
Başlanan narazılıqların ardınca qısa zamanda şahın millәt
mәclisi haqda fәrmanı, mәclisin qarşıya qoyduğu mәqsәdlәrlә
bağlı әsas müddәaların xalqa elan edilmәsi, nәhayәt, onun
açılması vә deputatların seçilmәsi İran hadisәlәrinә belә
başdansovdu münasibәtin nә qәdәr yanlış olduğunu göstәrdi.
Hadisәlәr barәdә sәhv qәnaәtlәrin sәbәbi İranda, xüsusәn
dә paytaxt Tehrandakı proseslәrlә bağlı mәlumatın azlığında,
yaxud natamamlığında deyil, daha çox vә әsas etibarı ilә
Şәrq dövlәtlәrinin hәyat şәrtlәrinә şablon münasibәt
bәslәnmәsindәdir. Bu dövlәtlәrin hәqiqi ehtiyacları ilә, Şәrq
xalqlarının yaşayışı vә mәnәvi hәyat tәrzi ilә kifayәt qәdәr
tanışlığın olmamasındadır.
Tәsәvvürlәrdә möhkәm kök salmış fikrә görә, Şәrq
xalqları artıq çoxdan mәhvә mәhkumdurlar, guya öz tarixi
missiyalarını başa çatdırıblar. Sivilizasiyalı dövlәtlәrin bütün