Page 116 - design_Topcubashov_Full_Layout 1
P. 116
Əlimərdan bəy Topçubaşov
dәlalәt etmirmi? Lakin yuxarıda deyilәnlәrlә yanaşı, azadlıq,
xalq hakimiyyәti ideyalarının tәbliği daha böyük әhәmiyyәtә
malikdir. Әsaslandığım müsahibәdәn dә göründüyü kimi,
hәmin tәbliğat indi kifayәt qәdәr uğurla aparılır. Tәbii ki,
yeni ideyaları insanlara daha parlaq şәkildә çatdırmaq üçün
siyasi maarifçiliklә mәşğul olanlar ilk növbәdә İrandakı
mövcud rejimin tәnqidindәn başlamalı idilәr. Hәm dә dәlil-
sübut üçün çox uzağa getmәyә ehtiyac yoxdur. Mәrhum
Nәsrәddin şahın 91 yarımәsrlik hakimiyyәti kifayәt qәdәr
material verir.
“O, İran xalqı üçün nә edib? Heç bir şey!”
Әslindә, bütün şahlar belә olublar – hakimiyyәt dә
olduqları dövrdә öz keflәri üçün yaşayıblar, hesabına eyş-
işrәt qurduqları xalqın belinә ağır vergilәr yüklәyiblәr,
insanlara qarşı hәr cür zülmü, qanunsuzluğu, özbaşınalığı
rәva görüblәr.
Xalq artıq qәflәt yuxusundan ayılıb, hökumәt onu әvvәlki
116 kimi asanlıqla aldada bilmir. Xalq öz maraqlarını başa düşüb
vә onların keşiyindә әzmlә dayanmağa hazırdır.
İran Parlamentinin ilk addımları dediklәrimizә әn yaxşı
sübutdur.
92
“Temps” qәzetinin Tehran müxbiri bu barәdә yazır:
“Fars hökumәti parlamentә elә bir reqlament layihәsi
göndәrmәk istәyirdi ki, onun kömәyi ilә şahla razılıq әsasında
qanunverici mәclis buraxıla bilsin. Lakin deputatlar hәmin
reqlamenti qәbul etmәdilәr. Onlar indiki şәraitdә senat tәsis
olunmasını lazımsız, artıq iş sayırlar. Parlamentin buraxılacağı
halda zәruri tәminatlar tәlәb edirlәr. Bura ilk növbәdә qanunla
müәyyәnlәşdirilmiş vaxtda, hәm dә әn qısa müddәtdә yeni
toplantının keçirilmәsi daxildir. “Siz belә olan tәqdirdә
hökumәtlә aranızda ciddi konflikt yaranacağından
qorxmursunuzmu?” – deyә jurnalist onlardan soruşur. “Yox,
konflikt ehtimalı çox kiçikdir. Hәm dә bu cür hәrәkәt etmәklә
biz hüquqlarımızı qәti şәkildә müәyyәn etmәk vә hamının
onları bilmәsini istәyirik”.