Page 118 - design_Topcubashov_Full_Layout 1
P. 118

İSMAYIL BӘY QASPIRALININ

                                   XATİRӘSİNӘ


                     Qaspıralı öldü...
                     Son yarım әsr әrzindә adı yalnız Rusiya müsәlmanları
                  arasında deyil, xaricdә dә çox yaxşı tanınan görkәmli
                  şәxsiyyәt daha sıralarımızda deyil.  Yarım әsr boyu sakit,
                  lakin inamlı şәkildә müsәlmanlara bilik, tәrәqqi vә ictimai
                  şüur yolu göstәrәn insanı hәmişәlik itirdik.
                     Amansız tale öz qәddar әli ilә işıq saçan şamı söndürdü.
                  Bununla da müsәlmanları dәrin әlәm vә qüssәyә qәrq etdi.
                     Müsәlmanlar arasında doğma xalqın mәnafeyinә sәmimi-
                  qәlbdәn bağlı olan ictimai xadimlәrә çox az rast gәlindiyindәn
                  әlәm vә qüssәmizin miqyası da böyükdür. Çünki indi
                  unudulmaz İsmayıl bәy Qaspıralını әvәz etmәyә başqa
         118      adamımız yoxdur.
                     Hәlә 1868-ci ildәn başlayaraq әvvәlcә Krım tatarları,
                  sonra isә digәr bölgәlәrdә yaşayan müsәlmanlar Qaspıralını
                  daim din qardaşlarının maarif vә mәdәniyyәtlә bağlı maraqlarını
                  qoruyan şәxs kimi görüb-tanımışdılar. Mәrhum hәlә Krımda
                  sadә xalq müәllimi kimi çalışdığı dörd il әrzindә söhbәtlәri,
                  nitqlәri ilә insanların ürәyinә yol tapa bilmişdi.
                     1872-ci ildә o, tәhsilini tamamlamaq mәqsәdi ilә xaricә
                  yollanmışdı. Şәrq dillәri sahәsindә biliyini tәkmillәşdirmәk
                  üçün Şәrq ölkәlәrindә – Әlcәzair, Misir vә  Türkiyәdә
                  olmuşdu.
                     Krıma qayıtdıqdan sonra İsmayıl bәy doğma şәhәri
                  Bağçasarayın ilk bәlәdiyyә rәisi seçilmişdi.
                     Bütün bu müddәt әrzindә onun fikrini mәşğul edәn әsas
                  mәsәlә qәzet nәşri idi. Lakin “Mәktәb”, “Faydalı әylәncәlәr” 93
                  adları altında qәzetlәrin, elәcә dә bәlli abunәçilәri olmayan
                  müxtәlif ünvanlı ayrı-ayrı vәrәqәlәrin nәşri ilә bağlı niyyәti
   113   114   115   116   117   118   119   120   121   122   123