Page 122 - design_Topcubashov_Full_Layout 1
P. 122

Əlimərdan bəy Topçubaşov


                  meydana gәlmәsi idi. Köhnә mәktәblәr tәdricәn tәdrisin
                  xarakterini dәyişәrәk yenilәri ilә әvәz olunurdu.
                     İndi belә mәktәblәrin bütöv bir şәbәkәsi yalnız Rusiyada
                  deyil, xaricdәki müsәlmanlar arasında da geniş yayılıb.
                     Populyar әdәbiyyatın inkişafı ilә bağlı “Tәrcüman”
                  müsәlman kitab bazarının elmin müxtәlif sahәlәrinә dair
                  yeni nәşrlәrlә, xüsusәn dә tәdris kitabları ilә zәnginlәşmәsinә
                  müsbәt tәsir göstәrmişdi.
                     Xeyirxah adamlar tәrәfindәn maarif işlәri üçün xәrclәnmiş
                  milyonlarla manat, tәdrisin sәsli metod әsasında aparıldığı
                  minlәrlә yeni mәktәbin açılması, әdәbi vә elmi xarakterli
                  yüzlәrlә tәrcümә vә orijinal kitabın nәşri, son zamanlarda
                  isә kooperasiya ideyasının hәyata keçirilmәsi, qarşılıqlı
                  yardımın vә әmanәt kassalarının tәşkili – müsәlmanlar üçün,
                  hәqiqәtәn dә, unudulmaz şәxsiyyәt olan İsmayıl bәy
                  Qaspıralının nәcib fәaliyyәtinin hәyatımızdakı bәhrәlәri bax
                  bunlardır!
                     Qaspıralı sadaladığım işlәri görәrkәn artıq haqq dünyasına
         122
                  qovuşmuş Hәsәn bәy Mәlikov-Zәrdabini hәmişә minnәtdarlıq
                  hissi ilә yada salır, onu müsәlmanlar arasında ictimai fәaliyyәt
                  vә maarifin yayılması sahәsindә ilk cığır açan şәxs sayırdı.
                     Müsәlmanların mәrhum İsmayıl bәyә necә böyük sayğı
                  göstәrdiklәrini mühüm fәaliyyәti ilә seçildiyi müsәlman
                  qurultaylarında görmәk olardı.
                     İsmayıl bәy Qaspıralı kimi şәxsin vәfatı müsәlmanlar
                  üçün böyük itkidir. Onların kәdәri anlaşılandır. Lakin qoy
                  İsmayıl bәyin müsәlman camaatın tәrәqqi vә birliyinә hәsr
                  edilәn şәrәfli ömür yolu hәr kәsә tәsәlli olsun. Hәr bir
                  müsәlman İsmayıl bәyin tәzә mәzarı önündә bu sözlәri deyә
                  bilәr:
                     “İsmayıl bәy, çox sağ ol ki, doğma xalqının maraqları
                  keşiyindә dayanıb әlindәn gәlәn hәr işi gördün. Sәn hәqiqi
                  insan kimi doğuldun, yaşadın vә öldün”.


                                 “Каспий”, № 204, 13 sentyabr 1914-cü il.
   117   118   119   120   121   122   123   124   125   126   127