Page 119 - design_Topcubashov_Full_Layout 1
P. 119

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           uğurla nәticәlәnmәdi. İsmayıl Qaspıralı “Tәrcüman” adı
           verdiyi rusca-tatarca qәzetin nәşrinә icazә alana kimi vәziyyәt
           belә davam etdi.
               “Tәrcüman”ın ilk sayının çapdan çıxdığı 1883-cü il
           aprelin 10-u bütün müsәlmanların nәzәrindә mühüm tarixi
           günә çevrildi. Hәmin diqqәtәlayiq hadisәnin ildönümlәrinin
           (xüsusәn dә 1893-cü vә 1903-cü illәrdә) qeyd olunması bir
           daha göstәrdi ki, müsәlmanlar xalq kütlәlәrinin
           maariflәndirilmәsindә mәtbu nәşrlәrin rolunu çox düzgün
           başa düşür vә yüksәk qiymәtlәndirirlәr.
               O vaxtdan etibarәn İsmayıl bәy hәyatda öz hәqiqi yerini
           tapdı, yaşadığı  Tavriya quberniyasının kiçik Bağçasaray
           şәhәri isә müsәlman hәyatının mәrkәzlәrindәn birinә çevrildi.
           Hәmin hәyatın az vә ya çox әhәmiyyәtә malik hadisәlәri
           özünü İsmayıl bәyin fәaliyyәtindә güzgüdә әks olunan kimi
           göstәrdi.
               Tәbiәtin hәr şeyi böyük sәxavәtlә bәxş etdiyi, hәssas vә
           mәhәbbәtlә dolu qәlb sahibi olan Qaspıralı müsәlmanların,
           xüsusәn dә onların qabaqcıl hissәsinin maraq vә diqqәtini   119
           lazımi sәmtә yönәldә bilirdi. Müsәlmanların ehtiyacları ilә
           bağlı, onlara fayda gәtirә bilәcәk hәr mәsәlәyә özünün
           zәruri, lakin hәmişә mötәdil vә dәqiq münasibәtini bildirirdi.
           Ortaya çıxan problemlәrә parlaq zәkası, müsәlman hәyatına
           dәrin bәlәdliyi ilә işıq salırdı.
               Müsәlman mühitindә mәdәni inkişafın lәngliyinә hәmişә
           ürәkağrısı ilә yanaşan mәrhum İsmayıl bәy daim din
           qardaşlarının maraqları keşiyindә dayanırdı. Böyük cәsarәtlә
           hәm mövcud çatışmazlıqlara etirazını bildirir, hәm dә
           müsәlmanlar üzәrinә haqsız hücumlara qarşı mübarizә
           aparırdı.
               Bu müdafiәçilik rolu İsmayıl bәyә xüsusi ilә yaraşırdı.
           O, istәr ictimai vә publisist fәaliyyәtinin başlanğıcında,
           istәrsә dә artıq müsәlman ictimai fikrinin hamı tәrәfindәn
           tanınan vә qәbul edilәn lideri kimi şöhrәtinin zirvәsindә
           olanda üzәrinә götürdüyü vәzifәnin icrasından bir an da geri
           çәkilmirdi.
   114   115   116   117   118   119   120   121   122   123   124