Page 120 - design_Topcubashov_Full_Layout 1
P. 120
Əlimərdan bəy Topçubaşov
Başqa bir şәxs deyil, mәhz İsmayıl bәy irticanın meydan
suladığı sәksәninci (XIX әsr – Tәrc.) illәrdә balaca
“Tәrcüman”ın sәhifәlәrindә mühafizәkar “Moskovskie
94
vedomosti” qәzetindә çap olunan gurultulu antimüsәlman
mәqalәlәrә dәyanәtlә cavab verirdi.
Qoy onun “qәzetciyinin” abunәçilәrinin sayı cәmi-
cümlәtanı bir neçә yüz nәfәr olsun... Qoy qәzetin hәtta
pulsuz göndәrilәn saylarının bәzilәri oxucu qәhәtliyi sәbәbindәn
geri qayıtsın... Qoy abunәçilәri vә kömәkçilәri olmadığından
naşir-redaktor İsmayıl bәy özü haqq dәrgahına qovuşmuş
rәfiqәsi Xәdicә xanımla (yanlışlığa yol verilib, Zöhrә xanım
olmalıdır – Tәrc.) birlikdә nәşrin qara işlәrini üzәrinә
götürsün... Qoy o, iti qәlәmini bir kәnara qoyub qәzet üçün
kağız kәsmәklә, hazır sayları büküb-qatlamaqla, zәrflәrә
qoymaqla, poçtdan yola salmaqla mәşğul olsun... Qoy әvvәlcә
Peterburqda, sonra isә Simferopolda senzuranın saysız-
hesabsız iynә vә tikanlarına mәruz qalsın... Hәr halda
95
“Moskovskie vedomosti” vә “Novoe vremya” , islamşünas
120
96
97
professor Smirnov , bu yaxınlarda ölәn Çerevanski vә
onlara qoşulan “et tutti-quanti” (ital.: “hәftәbecәr”, “hәr
şeydәn bir az”, “min cür xırdavat” – Tәrc.) – hamısı “Tәrcü -
man”dan mәrhum İsmayıl bәyin qәlәminә xas sakit vә
mötәdil ahәngli, lakin layiqli cavablarını almışdılar.
Müsәlmanlar bilirdilәr ki, ünvanlarına deyilmiş heç bir
nahaq ittiham, heç bir әdalәtsiz söz cavabsız qalmayacaq.
Bilirdilәr ki, “Tәrcüman” mütlәq cavab verәcәk. Onların
nәzәrindә artıq qәzetin adı naşirinin adı ilә eynilәşmişdi.
Müsәlmanlar 1893-cü ildә bir çox şәhәrlәrdә, o cümlәdәn
Bakıda vә Tiflisdә özlәrininki saydıqları “Tәrcüman”ın ilk
onillik yubileyini qeyd edәndә İsmayıl bәy Qaspıralının
xidmәtlәri hәqiqi qiymәtini aldı.
Qәzetin abunәçilәrinin sayı yalnız hәmin әrәfәdә 1600
nәfәrә çatmışdı.
Qәzetin oxunması vә yayılması – mәsәlәnin әn ağrılı
tәrәfi idi. İsmayıl bәy: “Oxucu yoxdur. Abunәçi yoxdur”, –