Page 121 - design_Topcubashov_Full_Layout 1
P. 121
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
deyirdi. Lakin heç vaxt ruhdan düşüb şikayәtlәnmirdi,
başladığı işin uğuruna inanırdı. Hәlә şüur sәviyyәsi o qәdәr
dә yüksәk olmayan xalqın onu tәk qoymayacağına, sәsinә
sәs verәcәyinә әmin idi. Tәdricәn “Tәrcüman”ın könüllü
müxbirlәrinin sayı artırdı. Bütün tәbәqәlәrdәn olan insanlar
qәzetә yazı göndәrirdilәr. Onların arasında xalq müәllimlәri,
mәhәllә mollaları, hәtta imkanlı tacirlәr dә vardı.
Müsәlman hәyatının özәlliklәrinә yaxşı bәlәd olan mәrhum
müxtәlif bölgәlәrlә әlaqәni tәkcә yazışmalar vasitәsi ilә
saxlamırdı. Şәxsәn hәmin yerlәri ziyarәt edirdi. Müsәlman
әhalinin çoxluq tәşkil etdiyi elә bir yer yox idi ki, İsmayıl
bәy orada olmasın. Rusiyanın daxili quberniyaları, Qafqaz
vә Türküstanın müsәlmanları müxtәlif vaxtlarda “Tәrcüman”ın
naşir-redaktorunu öz aralarında görmәk imkanı qazanmışdılar.
Hәr belә sәfәrdәn sonra mütlәq bir mәktәbin, mәdәni-maarif,
yaxud xeyriyyә müәssisәsinin binası qoyulurdu.
İsmayıl bәyin mәqsәd vә mәramı hәr yerdә vә hәmişә
eyni idi. Bu mәqsәd vә mәram hәm dә “Tәrcüman”ın әsas 121
qayәsini tәşkil edirdi. Hәmin mәqsәdlәr (mәrhumun 1893-cü
ilin aprel ayında mәnә göndәrdiyi mәktubdan iqtibas edirәm)
“sadә vә aydın idi: Rusiya müsәlmanlarının ana dillәrindә
düzgün tәlim-tәrbiyә görmәlәri, xalq üçün anlaşıqlı әdәbiyyatın
inkişafı, müsәlmanlar arasında rus dilinin, elm vә mәdәniyyәtin
mümkün dәrәcәdә yayılması, müsәlman әhalinin elmi vә
maddi tәrәqqi zәminindә ruslarla sıx birlәşmәlәri”.
Onun müsәlmanların ibtidai tәhsil müәssisәlәrinin –
“mәktәblәrin” islahına yönәlmiş fәaliyyәti xüsusәn tәqdirәlayiq
vә faydalı sayılmalıdır. Maarif işinә yaxşı bәlәd olan İsmayıl
bәy Qaspıralı hәlә 1885-ci ildә Bağçasarayda әvvәlcә oğlanlar,
sonra isә qızlar üçün mәktәblәr tәsis etmişdi. Burada tәdris
özü tәrәfindәn sәsli metod әsasında hazırlanmış dәrsliklәr
üzrә aparılırdı.
Yeni üsulla tәhsil verәn hәmin mәktәblәrin әn mühüm
nәticәsi onların bәnzәr nümunәlәrinin digәr yerlәrdә dә